“Flora Kərimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərovadan sonra 20 il boşluq idi. O dühalardan sonra birinci mən çıxdım. Səhnədə tamaşaçılara “canımsan, ürəyimsən” deməyi məndən öyrəndilər”.
Reportyor.info xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Sözbaz” verilişində deyib. Müğənni sənət dostlarını onu təkrarlamaqda günahlandırıb:
“Tamaşaçıların arasına zala getməyi məndən öyrəndilər. Rejissorlar “zala getmək olmaz” desələr də, mən 30-cu sıraya qədər getmişəm. Bunu birinci mən etmişəm. Bunları məndən sonrakı şou-biznes əhlinə öyrətmişəm. Öyrəndiklərini danmasınlar”.