“Təəssüf ki, ölənlərimiz və yaralananlarımız var. Xahiş edirəm, sığınacaqları tərk etməyin”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra xalqa müraciətində deyib.
Zelenski həmçinin açıqlamasında “Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar”, – deyə bildirib.
Qeyd edək ki, Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.