Almaniya Bundesliqasının 34-cü və son həftəsində Kölndəki “RheinEnergie” stadionunda “Bavariya” üz-üzə gəlib. “Bavariya” “Köln”ə 2:1 hesabı ilə qalib gələrək çempion olub. Qonaq komandanın qollarını 8-ci dəqiqədə Kinqsli Koman, 89-cu dəqiqədə isə Camal Musiala vurub. Meydan sahiblərinin yeganə qolunu 81-ci dəqiqədə penaltidən Deyan Lyubiçiç vurub. Almaniya Bundesliqasının 2022-2023-cü il mövsümündə “Borussiya Dortmund” doğma meydanda “Maynts”la 2:2 hesablı heç-heçə edən “Bavariya” liderliyə yüksəlib.
Bu nəticədən sonra Bavariya komandası ardıcıl 11, ümumilikdə isə 33-cü çempionluğu qazanıb. Həmçinin, 49 yaşlı alman məşqçi Tomas Tuxel Bayern Münhen ilə ilk Bundesliqa çempionluğunu qazanıb.
class=”medianet-inline-adv”>
