07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq

28 Dekabr 2021, 11:52
Cəmiyyət
A A
Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq

Son vaxtlar Azərbaycanın bir sıra ərazilərində yeni standartlara cavab verən hərbi hissələr və hərbi şəhərciklər salınmışdır. Digər hərbi hissələr isə əsaslı təmir şəkildə olunmuşdur. Bu sahəyə cənab Prezidentimiz tərəfindən çox böyük diqqət yetirilir.
Cinayətkar, işğalçı qonşuları nəzərə alsaq belə hərbi hissələrin salınması vətənimizin bütövlüyünü qorumaq üçün böyük əhəmiyyət kəsb edir.
Bu günlərdə isə Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissə açıldı. Xüsusi şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün bölgələrində hərbi hissələrin əksəriyyəti yüksək standartlara cavab verir. Hadrutda hərbi hissənin açılması da olduqca böyük əhəmiyyət daşıyır. Ona görə ki, yeni açılan hərbi hissə düşməndən azad edilmiş ərazidə yerləşir.
Qalib ölkənin Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev öz doğum günündə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə Hadrutda hərbi hissənin açılışında olmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunları bildirmişdir: “Bu gün Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Bir tərəfdən ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq, – digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə , artırmışıq”.
Azərbaycan Ordusu daim Ali Baş Komandanın diqqət mərkəzində olub. Müharibədən sonra da müasir tələblərə cavab verən silah-sürsat, müasir hərbi texnika alınır. Yeni silahlı birləşmələr yaradılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır. Və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcək”.
Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda onların dolanışığı, məişət və mənzil problemləri də həmişə dövlətin diqqət mərkəzində olub. Belə ki, cənab Prezidentin Fərmanı ilə indiyə qədər 20 il orduda qüsursuz xidmətinə görə 2200 – dən çox hərbçiyə dövlət tərəfindən ev verilib. 2022-ci ilin əvvəlinə qədər isə 130 hərbçi ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.
Bəli, bizim müzəffər ordumuz çox şeyə qadirdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz cəmi 44 gün ərzində torpaqlarımızı işğalçılardan azad etdi. Ermənilər özləri haqqında bütün dünyada mif yaratmışdılar. Özlərini yenilməz bilirdilər. Hətta tanklarla Bakıya qədər gələcəklərini bildirirdilər. Lakin Azərbaycan Ordusu işğalçı ermənilərə sübut etdi ki, onlar yalnız işğalçı, vəhşi və vandaldırlar. Azərbaycanın torpaqlarını işğal edərkən erməni vandalları milli mədəni, tarixi, dini abidələrimizi dağıtdılar. Ekologiyamıza ziyan vurdular, şəhərləri, kəndləri dağıtdılar. Lakin Azərbaycan əsgərinin qarşısında dayana bilmədilər.
Ali Baş Komandan İlham Əliyev: “Ermənilər deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır. Deyirdilər ki, əgər müharibə başlayarsa, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda , Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacayıq.
Şəhla Ağbulud

Əvvəlki yazı

Xocavənddən 2 ton dəmir çıxararkən tutuldu

Sonrakı yazı

Bu gün Operativ Qərargah BRİFİNQ KEÇİRƏCƏK

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.