Bir ədəd xidməti minik avtomobilinin alınmasına dair “Aqrolizinq” ASC ilə “Autouniversal” MMC arasında satınalma müqaviləsi imzalanıb.
“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bu satınalma müqabilində “Autouniversal”a 31 000 manat ödənilib.
Xatırladaq ki, büdcə təşkilatı ötən ilin sentyabrında bu şirkətdən 31,5 min manatlıq minik avtomobili alıb. “Autouniversal”ın son bir ildə təkcə Dövlət Reklam Agentliyinə satdığı avtomobillərin ümumi dəyəri 1,55 milyon manat olub.