Bazar ertəsi, Sentyabr 25, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Bu vətəndaşların şəxsiyyət vəsiqələrində dəyişikliyə başlanıldı

20 İyul 2023, 16:12
in Cəmiyyət
Bu vətəndaşların şəxsiyyət vəsiqələrində dəyişikliyə başlanıldı

Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu proses iki əsrdən çox qabaq artıq başlasa da, ermənilərin Azərbaycanın mədəni, dini, tarixi abidələrini saxtalaşdırdığı kimi yer, məkan adlarını da dəyişib, saxtakarcasına erməni toponimləri ilə təqdim etməsi təxminən bir əsrdən çoxdur ki, daha sürətli hal aldı. Bu da təbii ki, ermənilərin Azərbaycan ərazilərində məkunlaşdırılması siyasətinin daha sürətli vüsət alması, azərbaycanlıları öz dədə-baba yurdlarından, tarixi torpaqlarından deportasiya edilməsi, müxtəlif üsullarla qaçqın-köçkün həyatına məhkum edilməsindən sonra daha da intensivləşdi. Lakin Azərbaycan Ordusu, Azərbaycan xalqı 3 il əvvəl – 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoymaqla tarixi ədaləti bərpa etdi. Azərbaycanın bu zəfəri təkcə ərazilərimizin işğalına son qoymadı, eyni zamanda uzun on illiklərdir düşmənin mənimsədiyi ərazilərimizin erməni toponimlərindən xilas edilməsi, tarixi keçmişimizi bərpa etməyimiz sarıdan da olduqca əhəmiyyətli bir prosesin başlanğıcı oldu.

Vətəndaşlarımızın Trend-ə verdiyi məlumata görə, Qərbi Azərbaycandan olan soydaşlarımızın yeni şəxsiyyət vəsiqələrində artıq doğulduqları yer erməni toponimləri ilə yox, məhz Azərbaycan toponimləri ilə qeyd olunmağa başlayıb.

Bu prosesə bağlı Qərbi Azərbaycan İcmasının Sədri, millət vəkili Əziz Ələkbərli Trend-ə danışıb:

“Qərbi Azərbaycan İcması olaraq, tarixi torpaqlarımızla bağlı bütün həqiqətləri ortaya qoymaq, insanlarımızın ata-baba yurdlarına mənəvi qayıdışını təmin etməklə fiziki qayıdışın təməlini qoymaq bizim əsas hədəflərimiz sırasındadır.

Təəssüf ki, son 200 il ərzində Qərbi Azərbaycan ərazisinə köçürülüb gətirilən ermənilər bütün vasitələrlə bu ərazilərin tarixini, etnik mənsubiyyətini saxtalaşdırmaq xətti götürmüşlər. Guya bu yerlər min il əvvəl ermənilərin vətəni olub. Olubsa, zəhmət çəksinlər bir dənə qədim erməni qəbiristanlığı göstərinlər, min il əvvələ aid bir dənə erməni qəbri tapsınlar, o qəbirdən bir dənə erməni kəlləsi çıxarsınlar və dünyaya göstərinlər. Edə bilməzlər və göstərə bilməzlər, çünki min il əvvəl indiki Ermənistan ərazisində erməni-hay yaşamayıb.

Ermənilər tərəfindən dəyişdirilən, saxtalaşdırılan toponimlərimizin bərpası da tarixi torpaqlarımıza mənəvi qayıdışımızın tərkib hissəsidir. Mən sizə bir misal çəkim, vətəndaş doğulub 1960-cı ildə Basarkeçər rayonunun Yarpızlı kəndində, Basarkeçər rayonunun adı 1969-da dəyişdirilib Vardenis, Yarpızlı kəndinin adı 1978-də dəyişdirilib Lçavan qoyulub, indi bu vətəndaşın sənədində niyə Vardenis və niyə Lçavan yazılmalıdır? Digər tərəfdən, biz zatən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının 4-cü maddəsinin 9-cu bəndində indiki Ermənistanda “aparılmış yer adları dəyişliklərinin ləğv edilməsini” şərt kimi irəli sürmüşük, onlardan bunu tələb etdiyimiz halda, özümüz ermənilərin saxta toponimlərini niyə qəbul etməliyik?

Buna görə də, bəli, Qərbi Azərbaycandan olan vətəndaşlarımızın yeni şəxsiyyət vəsiqələrində, digər sənədlərində doğulduqları yer artıq erməni toponimləri ilə yox, əsl – Azərbaycan toponimləri ilə qeyd olunmalıdır və bu gün Nazirlər Kabinetinin bu məsələ ilə bağlı verdiyi qərarı alqışlayırıq. Qərbi Azərbaycan İcması bu məsələdə üzərinə düşən vəzifəni indiyə qədər diqqətlə icra edib, bundan sonra da diqqətdə saxlayacaq.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qaydalara aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib:

“1.5-1. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”.

2. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.11. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq edilir.”.

Xatırladaq ki, Prezident İlham Əliyev hələ ötən il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən Ermənistanın Azərbaycan topnimlərini erməniləşdirmək siyasəti barədə danışarkən bildirib: Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

ShareSendTweetShare
Previous Post

Prezident Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib (FOTO/YENİLƏNİB)

Next Post

Bakıda körpəsini zibil qutusuna atan anaya cinayət işi açıldı

Related Posts

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Cəmiyyət

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

by reportyor info
23 Sentyabr 2023, 10:45
Paytaxt sakini Saatlıda iki evdən oğurluq etdi
Cəmiyyət

Paytaxt sakini Saatlıda iki evdən oğurluq etdi

by reportyor info
22 Sentyabr 2023, 15:55
Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıb (VİDEO)
Cəmiyyət

Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıb (VİDEO)

by reportyor info
22 Sentyabr 2023, 15:22
“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”
Cəmiyyət

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

by reportyor info
22 Sentyabr 2023, 14:48
Hikmət Hacıyev: “Yaralı hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər”
Cəmiyyət

Hikmət Hacıyev: “Yaralı hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər”

by reportyor info
22 Sentyabr 2023, 14:31

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət etdi

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət etdi

25 Sentyabr 2023, 10:18
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

23 Sentyabr 2023, 10:45
Paytaxt sakini Saatlıda iki evdən oğurluq etdi

Paytaxt sakini Saatlıda iki evdən oğurluq etdi

22 Sentyabr 2023, 15:55
Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıb (VİDEO)

Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıb (VİDEO)

22 Sentyabr 2023, 15:22
“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

22 Sentyabr 2023, 14:48
Hikmət Hacıyev: “Yaralı hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər”

Hikmət Hacıyev: “Yaralı hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər”

22 Sentyabr 2023, 14:31
Şuşada traktor minaya düşdü – Xəsarət alan var

Şuşada traktor minaya düşdü – Xəsarət alan var

22 Sentyabr 2023, 14:19
Prezidentin köməkçisi: “Silahı yerə qoyan hərbçilər azaddırlar”

Prezidentin köməkçisi: “Silahı yerə qoyan hərbçilər azaddırlar”

22 Sentyabr 2023, 14:10
Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır (RƏSMİ)

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır (RƏSMİ)

22 Sentyabr 2023, 14:00
Sabah Azərbaycana payız gələcək

Sabah Azərbaycana payız gələcək

22 Sentyabr 2023, 13:50
DİN 106 min manatlıq oğurluq edən şəxsləri saxladı

DİN 106 min manatlıq oğurluq edən şəxsləri saxladı

22 Sentyabr 2023, 13:33
“Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”

“Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”

22 Sentyabr 2023, 13:05
Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı

Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı

22 Sentyabr 2023, 12:42
Şənbə gününün hava proqnozu

Şənbə gününün hava proqnozu

22 Sentyabr 2023, 12:26
Bakıda 7 nəfər liftdə qaldı – Köməyə FHN gəldi

Bakıda 7 nəfər liftdə qaldı – Köməyə FHN gəldi

22 Sentyabr 2023, 11:24
Bakıda məktəbli qız vəfat etdi

Bakıda məktəbli qız vəfat etdi

22 Sentyabr 2023, 10:32
Turşu bağlayarkən səhvən sirkə içib öldü

Turşu bağlayarkən səhvən sirkə içib öldü

22 Sentyabr 2023, 10:15
Şəhid xəbəri çıxmış yaralı XTD zabitinin döyüş yerindən təxliyyə görüntüsü (VİDEO)

Şəhid xəbəri çıxmış yaralı XTD zabitinin döyüş yerindən təxliyyə görüntüsü (VİDEO)

22 Sentyabr 2023, 09:59
Ermənilər Azərbaycanın ABŞ-dakı konsulluğunun binasına hücum etdi

Yurd Dışında Yaşayan Güney Azərbaycanlı Aktivistlərin Ermənilərin Törətdiyi Son Təxribatla Bağlı Bildirişi

21 Sentyabr 2023, 20:35
Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

21 Sentyabr 2023, 16:54
XİN Katrin Kolonnaya cavab verdi

XİN Katrin Kolonnaya cavab verdi

21 Sentyabr 2023, 16:42
Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edil

Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edil

21 Sentyabr 2023, 16:30
Erməni nümayəndələrlə daha bir görüş olacaq

Erməni nümayəndələrlə daha bir görüş olacaq

21 Sentyabr 2023, 16:17
Yevlax görüşündə erməni nümayəndələr Azərbaycandan nələri xahiş edib? (RƏSMİ)

Yevlax görüşündə erməni nümayəndələr Azərbaycandan nələri xahiş edib? (RƏSMİ)

21 Sentyabr 2023, 16:05
İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

21 Sentyabr 2023, 15:00
Prezidentin köməkçisi sülh müqaviləsindən DANIŞDI

Prezidentin köməkçisi sülh müqaviləsindən DANIŞDI

21 Sentyabr 2023, 14:49
Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

21 Sentyabr 2023, 14:37
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

21 Sentyabr 2023, 13:29
Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama

Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama

21 Sentyabr 2023, 13:00
Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq

21 Sentyabr 2023, 12:42

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Avq    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info