06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BU SƏLAHİYYƏT DYP-dən ALINDI! – Artıq BNA nəzarət edəcək

28 İyul 2018, 11:30
Cəmiyyət
A A
BU SƏLAHİYYƏT DYP-dən ALINDI! – Artıq BNA nəzarət edəcək

“Dövlət yol polisi iyulun 11-dən etibarən Bakı şəhərinin inzibati ərazisində sürücüləri dayanma, durma və parklama qaydalarına görə məsuliyyətə cəlb edə bilməz”

Prezident İlham Əliyevin iyulun 6-da imzaladığı Fərmanla Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin edilməlidir.

Həmçinin, Agentlik dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması xidmətini təşkil və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir. Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində – Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilib. Fərmanda qeyd olunur ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir. Fərman qanuni qüvvəyə minsə də, onun icrası üçün mexanizm yoxdur. Eyni zamanda, qanunun tətbiqi üçün İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməlidir. Fərman iyulun 11-dən etibarən qüvvədədir. Amma müşahidələr göstərir ki, yol polisləri hələ də dayanma, durma və parklama qaydalarını pozan sürücülərə protokol tərtib etməyə, cərimə yazmağa davam edirlər…

Məntiqlə dayanma, durmaya görə qayda pozan sürücünün ona protokol tərtib edən yol polisi əməkdaşına etiraz etmək hüququ var. Çünki bu səlahiyyət yol polisindən alındığından, polis də sürücü kimi qayda pozmuş sayılır.

“AzPolitika” xəbər verir ki, Modern.az diqqətdən yayınan və sürücülər üçün böyük əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirməyə çalşıb.

Agentlik sürücüləri cərimələmək üçün hazırlıq görür

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a məsələdən xəbərdar olduqlarını deyib: O qeyd edib ki, hazırda dövlət başçısının məlum fərmanından irəli gələn müəyyən hüquqi prosedurlar icra edilir: “Eyni zamanda bildiyiniz kimi, parklanma yerlərinin idarə edilməsi ilə bağlı müvafiq qurumlarla BNA arasında təhvil-təslim işləri aparılır. Bütün bu qeyd edilən tədbirlər yekunlaşdıqdan sonra konkret addımların atılmasına başlanılacaq. Məqsədimiz maarifləndirmə yolu ilə insanlarımızı dayanma, durma, parklanma qaydalarına əməl etməyə sövq etməkdir. Ən əsası, şəhərdə bütün hərəkət iştirakçıları üçün rahat şəraitin yaradılmasıdır”.

“Mexanizm hazırlanır”

vaqif-esedov-vaqif-esedovBakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a deyib ki, hazırda mexanizmin hazırlanması istiqamətində işlər gedir: “Bakı Nəqliyyat Agentliyi dayanma, durma, parklanma qaydalarını pozanları hansı şəkildə müəyyən edəcək – protokol yazacaq, fotosunu, yoxsa videosunu çəkəcək, onu hara ötürəcək və s. Əvvəlcə bunlar müəyyən olunmalıdır. Bütün bunlar üçün konkret texniki vasitələr quraşdırılmalıdır. Xarici təcrübədən bilirik ki, bu qurğular pozuntunu avtomatik olaraq çəkir və ümumi mərkəzə ötürür. Yəqin ki, bizdə də belə olacaq, məlumatlar bizim bazaya ötürüləcək. Bunlar mənim ehtimallarımdır”.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

V.Əsədov həmçinin deyib ki, yeniliklərin tətbiqi üçün İnzibati Xətalar Məcəlləsinə (İXM) də dəyişiklik edilməlidir: “İnanıram ki, bu qərar müsbət nəticələr əldə etməyə imkan verəcək. Fərq etməz bu işi Dövlət Yol Polisi həyata keçirir, yaxud Bakı Nəqliyyat Aganetliyi. Hansı qurum həyata keçirəcəksə belə, nəticələrin müsbət olacağına inanıram. Bundan başqa, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq, hər bir sürücü dayanma, durma qaydalarına riayət etməlidir. Hər hansı sürücü qaydalara riayət etmədən digər nəqliyyat avsitəsinin hərəkətinə mane olursa, nə zamansa, özü kimi bir sürücü də onun yoluna çıxacaq”.

V.Əsədov eyni zamanda deyib ki, dayanma, durma qaydalarını pozan sürücünün protokol tərtib edən polis əməkdaşına (6 iyul fərmanı ilə bu səlahiyyəti itirmiş sayılır) etiraz etmək hüququ var.

“BNA ilə DYP birgə işləməlidir”

Hüquqşünas-ekspert Ərşad Hüseynov Modern.az-a deyib ki, iyulun 11-dən qüvvədə olan qanuna görə, Bakının inzibati ərazisində dayanma, durma və parklama qaydalarının pozulmasına görə məsuliyyətə cəlb etmək səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib: “Dövlət yol polisi həmin tarixdən etibarən Bakı şəhərinin inzibati ərazisində sürücüləri dayanma, durma və parklama qaydalarına görə məsuliyyətə cəlb edə bilməz. Amma məsələ burasındadır ki, hazırda Bakı Nəqliyyat Agentliyinə bu məsələləri tənzimləməsi üçün müəyyən vaxt lazımdır. Yaxşı olar ki, mexanizm hazırlanana qədər BNA ilə yol DYP qarşılıqlı əməkdaşlıq şəraitində çalışsınlar. Çünki qayda pozan sürücüyə göz yummaq da doğru deyil. Əslində yaxşı olardı ki, qanun bütün mexanizm hazırlandıqdan sonra qüvvəyə minərdi. Ən azından sentyabr ayından. Amma indiki keçid döründə iki qurumun bigə çalışması ən optimal çıxış yoludur”.

Əvvəlki yazı

Ərdoğan Almaniyaya gedəcək

Sonrakı yazı

Polis daha 26 borclu şəxsi saxladı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.