Çərşənbə axşamı, Oktyabr 3, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Bu rektorlar işdən çıxarılacaq

15 Sentyabr 2023, 14:50
in Cəmiyyət
Nazir müavini vəzifəsindən azad edildi

5 il qaydası prezidentin qərarından əvvəl təyin edilən rektorlara aid olmasa da, onların fəaliyyəti də ciddi müzakirələr yaradır, yaxın günlərdə yeni fərmanlar gözlənilir

2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.

Fərmanın imzalanmasından 5 ilə yaxın müddət keçir. Ancaq fərmandan əvvəl təyin edilən bəzi rektorlar uzun illərdir bu vəzifələri tuturlar. 5 il qaydası prezidentin qərarından əvvəl təyin edilən rektorlara aid olmasa da, onların fəaliyyəti və vəzifə müddəti zaman-zaman müzakirələrə səbəb olur.

Modern.az rektorların vəzifədə qalma müddətləri ilə bağlı araşdırma aparıb. Hazırda Azərbaycanda 33 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 10-nun rektoru 2018-ci ildə imzalanan fərmandan sonra təyin edilib. Prezident sentyabrın 13-də Bakı Mühəndislik Akademiyasının və Sumqayıt Dövlət Univeritetinin rektorunu artıq vəzifədən çıxarıb. Sumqayıt Dövlət Universitetinin rektoru 2014-cü ildən, Havar Məmmədov isə 2016-cı ildən Bakı Mühəndislik Universitetinə rəhbərlik edirdi.

Digər “uzunömürlü” rektorlar bunlardır: Azərbaycan Tibb Universiteti – Tibb profilli ali təhsil müəssisəsinə 2016-cı ildən Gəray Gəraybəyli rəhbərlik edir. Azərbaycan Dövlət İqtisad Universiteti – 9 ildir ki, (2014-cü ildən) Ədalət Muradov rektordur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – 2015-ci ildən Fuad Hacıyev rəhbərlik edir. Gəncə Dövlət Universiteti – Yusif Yusibov 2014-cü ildən rəhbərlik edir. Azərbaycan Dillər Universiteti – 2017-ci ildən Kamal Abdulla rəhbərlik edir. ADA Universiteti – 2006-cı ildən Hafiz Paşayev rektorluq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti – Gülçöhrə Məmmədova 1999-cu ildən rəhbərlik edir. Bakı Ali Neft Məktəbi – Elmar Qasımov 2012-ci ildən rektorluq edir.

Deputat Ceyhun Məmmədov sayta deyib ki, uzun müddət işləmiş rektorlar ya yenilənməsi, ya da əgər işini doğrultmursa, həmin şəxsin vəzifədən uzaqlaşdırılması ilə bağlı məsələlərə baxılmalıdır: “Bununla bağlı qərarlar qəbul edilməlidir. Əlbəttə, bir şəxs uzun müddət, yəni 20-30 il eyni vəzifədə işlədikdə, bu onun iş keyfiyyətinə ciddi şəkildə təsir göstərir. Düşünürəm ki, bunun təhsilimizə də mənfi təsiri var. Yəni bir şəxs uzun illər rektor kimi fəaliyyət göstərdikdə, bu həm də onda müəyyən bir arxayınlıq yaradır. Bəzi universitetlər inkişaf edir, bəzi universitetlər isə ciddi tənəzzül yaşayır. Bu, bilavasitə bizim rektorların fəaliyyətindən asılıdır”.

Qeyd edək ki, bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirəyə çıxarılıb. Bundan əvvəl deputat Etibar Əliyev Milli Məclisin iclasında bildirib ki, Azərbaycanda 20 ildən çox, hətta 32 ildir işləyən rektorlar var, onlar artıq durğunluq yaradırlar. Halbuki qanunvericiliklə rektorlar 5 ildən bir təyin olunmalıdır. Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi yalnız normativ sənədlərlə işləyir: “Təhsil ocaqlarında özbaşınalıq, korrupsiya halları hələ də qalır. Pedaqoji və Tibb Universiteti nəinki top siyahı, heç 1500 universitet içində belə yoxdur. Düşünə bilirsiniz ki, ölkədə müəllim və həkim yetişdirən təhsil ocaqlarının vəziyyəti necə acınacaqlıdır?!”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a rektoru dəyişdirilməsi vacib olan bir neçə universitetin adını çəkib: “Ölkə Prezidenti İlham Əliyevin 2019-2023-cü illəri əhatə edən ”Ali Təhsilin beynəlxalq rəqabətliliyin artması” ilə bağlı Dövlət Proqramı var idi. Etiraf edək ki, ali təhsil müəssisələri bu istiqamətdə iş görmədilər. Birmənalı şəkildə son dörd il ərzində yalnız Bakı Dövlət Universiteti, İqtisad Universiteti, ADA universiteti, Neft və Sənaye Universiteti dünya reytinqində irəlidədir. Son dörd il ərzində BDU-nun beynəlxalq reytinqi əvvəlki on beş ildən dəfələrlə çox oldu. Digər universitetlərə baxırıq ki, dünya reytinqində inkişaf etmək imkanları var, amma edə bilmədilər. Misal üçün, bunlardan dəyişiklik gözlədiyimiz Memarlıq və İnşaat Universitetidir. Azərbaycanda işğaldan azad olunan torpaqlarda quruculuq bərpa işləri, yol tikintisi aparılır. Bakı şəhərindəki memarlıq abidələrini də görürük, amma bunların heç birində Memarlıq və İnşaat Universitetinin məzunlarını görə bilmirik. Eyni zamanda həmin universitetin məzunlarının göstəricilərini də görə bilmirik. Təsəvvür edin, hər il ali təhsil müəssisələrinə qəbul imtahanında ən aşağı ballarla biz tələbələrin Memarlıq və İnşaat Universitetinə qəbulunu görə bilirik. Tələbələrin təkcə ən aşağı balla qəbulunu yox, həmçinin məzun olma və əmək bazarında iş tapma imkanlarının bu universitetdə çox aşağı səviyyədə olduğunu görürük. Bu onu göstərir ki, universitetdə çox ciddi dəyişikliyə ehtiyac var.

Uzun illər idi ki, neqativ hallar Sumqayıt Dövlət Universitetində var idi, burada rektor dəyişildi. Bakı Mühəndislər Universitetinin rektoru ona görə dəyişməli idi ki, bu gün texniki və mühəndislik ixtisaslarına böyük ehtiyacımız var. Amma bu universitetlər proseslərdən geri qalırdılar. Region universitetlərinə baxın, misal üçün, Gəncə Dövlət Universiteti, regionda təhsilə nəzarət edə bilmir. Regiondakı gənclər Gürcüstana, Rusiyaya gedirlər, amma bizi seçmirlər”.

Ekspert əlavə edib ki, dəyişiklik gözlənilən daha bir ali təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universitetidir: “Baxın, nazir açıqladı, 743 müəllim sertifikasiyadan keçə bilməyib. Yaxud da Pedaqoji Universitetin məzunlarının MİQ nəticələri nə qədər aşağıdır. Azərbaycan Dillər Universitetinin məzunlarının da əmək bazarında yeri yoxdur. Özəl universitetin, hətta kolleclərin məzunları daha yaxşı nəticə göstərir. Xarici dil müəllimliyi ixtisasına qəbulda baxırıq ki, məzunları çox geridirlər. Bu universitetlə bağlı yaxınlarda dəyişiklikləri gözləyirəm. Ölkədə 51 universitet var, heç biri dünya reytinqində öndə deyil. Sadəcə, üç universitet namizəddir, onların da nəticələri mindən yuxarı deyil. Bəs digərləri? Ona görə digər universitetlərdə də rektor dəyişikliyini gözləyirik”.

Millət vəkili Aqil Abbas da “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, bəlkə o rektorlar o yerdə qalmağa layiqdirlər, ona görə çıxarılmırlar: “Mən kiminsə yerinə danışa bilmərəm. Amma kadrların tez-tez dəyişməsi də müsbət nəticə vermir. Onu da görmüşük. Bir pis iş odur ki, təzə rektor gələn kimi bundan əvvəl işləyən hamını işdən çıxarır. Yeni rektorların islahatı budur. Köhnə rektora kim salam verirsə, münasibəti yaxşı olubsa, hamısını işdən çıxarır. Ömər Eldarov neçə il Rəssamlıq Akademiyasında işlədi. Onun yerinə rektor qoydular, indi akademiyanı dağıdır. Belə məsələlər də var”.

Təhsil eksperti Adil Vəliyev də deyib ki, artıq bu məsələnin həlli tapmalıdır: “Universitetlərdə 10 ildən artıq rektor olanlar var. Diqqət edəndə görürük ki, həmin universitetlərdə inkişaf adında heç nə yoxdur. Düşünürəm ki, Prezidentin imzaladığı qərara əsasən 5 ildən bir artıq universitetlərdə rektorlar dəyişməlidir. Qərar əgər icra olunsa, universitetlərin inkişafı üçün çox müsbət addım olar. Bir insan bir vəzifədə uzun müddət qaldıqda orada inkişafdan söz gedə bilməz. Ən azı həmin rektorların yerləri dəyişə bilər, ya da yeniliyə, inkişafa açıq biri ilə əvəz olunmalıdır ki, həmin universitetlərdə inkişafı görə bilək. Çünki son illərdə görürük ki, Azərbaycan universitetləri dünya reytinq sıralamalarında heç bir uğur əldə edə bilmirlər. Nəticələrimiz də ürəkaçan deyil. Düşünürəm ki, Prezidentin fərmanı düzgün icra olunmalıdır ki, nəticəsini də görə bilək”.

ShareSendTweetShare
Previous Post

Xaçmazda körpü dağılıb, əraziyə dövlət rəsmiləri gəlib (YENİLƏNİB/FOTO)

Next Post

Prezident baş prokurorların 4-cü iclasının iştirakçılarına müraciət ünvanladı

Related Posts

Zaur Əliyevin adından pul alan şəxs həbs edildi – 32 min manatlıq dələduzluq
Cəmiyyət

Zaur Əliyevin adından pul alan şəxs həbs edildi – 32 min manatlıq dələduzluq

by reportyor info
02 Oktyabr 2023, 17:07
MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”
Cəmiyyət

MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

by reportyor info
02 Oktyabr 2023, 15:15
İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)
Cəmiyyət

İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

by reportyor info
02 Oktyabr 2023, 14:48
Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)
Cəmiyyət

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

by reportyor info
02 Oktyabr 2023, 14:30
Emin Əmrullayevdən yeni təyinat
Cəmiyyət

Emin Əmrullayevdən yeni təyinat

by reportyor info
02 Oktyabr 2023, 13:57

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Regionlar üçün ipoteka şərtləri dəyişdirilsə, Bakıya köçün qarşısı alınacaq?

Regionlar üçün ipoteka şərtləri dəyişdirilsə, Bakıya köçün qarşısı alınacaq?

02 Oktyabr 2023, 18:08
“Bayraktar Akınçı” PUA-ları Azərbaycana təhvil veriləcək

“Bayraktar Akınçı” PUA-ları Azərbaycana təhvil veriləcək

02 Oktyabr 2023, 17:32
Zaur Əliyevin adından pul alan şəxs həbs edildi – 32 min manatlıq dələduzluq

Zaur Əliyevin adından pul alan şəxs həbs edildi – 32 min manatlıq dələduzluq

02 Oktyabr 2023, 17:07
Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edildi

Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edildi

02 Oktyabr 2023, 16:45
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlandı

Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlandı

02 Oktyabr 2023, 16:33
Prezident onları təltif etdi – SİYAHI

Prezident onları təltif etdi – SİYAHI

02 Oktyabr 2023, 15:46
MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

02 Oktyabr 2023, 15:15
Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

02 Oktyabr 2023, 14:59
İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

02 Oktyabr 2023, 14:48
Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

02 Oktyabr 2023, 14:30
Emin Əmrullayevdən yeni təyinat

Emin Əmrullayevdən yeni təyinat

02 Oktyabr 2023, 13:57
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

02 Oktyabr 2023, 13:27
İpoteka şərtlərinin asanlaşdırılması təklif olunur

İpoteka şərtlərinin asanlaşdırılması təklif olunur

02 Oktyabr 2023, 13:12
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

02 Oktyabr 2023, 12:50
Əvvəl rektor, sonra prorektor işdən çıxarıldı

Əvvəl rektor, sonra prorektor işdən çıxarıldı

02 Oktyabr 2023, 12:31
İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

Prezident Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib (FOTO/YENİLƏNİB)

02 Oktyabr 2023, 12:10
Tanınmış həkim Cahid Şahbazov qarabağ qazisinin qızına əxlaqsız hərəkətlər edib – SENSASİON SƏBƏB

Tanınmış həkim Cahid Şahbazov qarabağ qazisinin qızına əxlaqsız hərəkətlər edib – SENSASİON SƏBƏB

02 Oktyabr 2023, 11:53
İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”

İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”

02 Oktyabr 2023, 11:35
Pensiyalarla bağlı sevindirici xəbər – Artım bu qədər olacaq

Pensiyalarla bağlı sevindirici xəbər – Artım bu qədər olacaq

02 Oktyabr 2023, 11:23
İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

02 Oktyabr 2023, 11:12
Yarım milyon manatı mənimsəyən direktor apellyasiya şikayəti verdi

Yarım milyon manatı mənimsəyən direktor apellyasiya şikayəti verdi

02 Oktyabr 2023, 10:55
Qənirə Paşayeva vəfat etdi

Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”

02 Oktyabr 2023, 10:45
Vardanyanın milyardlıq mülkləri…

Vardanyanın milyardlıq mülkləri…

02 Oktyabr 2023, 10:15
Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı

Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı

29 Sentyabr 2023, 18:12
Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

29 Sentyabr 2023, 17:29
Daha bir erməni separatçı həbs edildi – DTX video yaydı

Daha bir erməni separatçı həbs edildi – DTX video yaydı

29 Sentyabr 2023, 16:50
Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023, 15:31
“Qənirə xanım xalqa layiqli övlad idi” – Anatoliy Rafailov

“Qənirə xanım xalqa layiqli övlad idi” – Anatoliy Rafailov

29 Sentyabr 2023, 15:08
TBMM sədri Sahibə Qafarova ilə danışıb, Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

TBMM sədri Sahibə Qafarova ilə danışıb, Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023, 14:47
İlham Əliyev: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”

İlham Əliyev: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”

29 Sentyabr 2023, 14:39

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Oktyabr 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Sen    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info