05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu rayonda 1800 müəllimdən 1000-nin ali təhsili yoxdur – Sensasion AÇIQLAMA

09 Sentyabr 2020, 13:42
Sosial
A A
Bu rayonda 1800 müəllimdən 1000-nin ali təhsili yoxdur – Sensasion AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2 faizi imtahandan “2” alıb.

2018-ci ildə bu göstərici 46.4 faiz təşkil edib. Ümumilikdə ötən il Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarında abituriyentlərin 20 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Reportyor.info xəbər verir ki, Təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a açıqlamasında mövcud vəziyyətin iki səbəbinin olduğunu vurğulayıb:

“Əvvəla, Qazax və Şəki kimi bölgələr Azərbaycanın təhsil tarixində həmişə pedaqoji ənənələri ilə seçilib. Hətta Sovet dövrünün ilk 20-30 ilinə nəzər salsaq, görərik ki, Azərbaycanın digər bölgələrinə məhz Qazax və Şəki bölgəsinin müəllimləri gedirdi. Mən bunu pedaqoji ənənələrin digər bölgələrə nisbətən daha üstün olması ilə bağlayardım”.

Ekspert ikinci və əsas səbəb kimi nəticələrin aşağı olduğu rayonlarda müəllimlər arasında orta ixtisas müəllimlərinin sayının çox olmağını göstərib:

“Məsələn, Astarada orta hesabla 1 700 – 1 800 müəllim var, onlardan 1000-i orta ixtisas müəllimidir. Lerik, Sabirabad kimi bölgələrdə də vəziyyət belədir. Sabirabadda təqriban 2 min civarında müəllim var və onların yarıdan çoxu Salyan və Şirvan Pedaqoji Kollecinə müxtəlif yollarla daxil olan müəllimlərdir ki, zorla 36-37 bal toplayıb işləyirlər. Biz təhsil qanunvericiliyində 12 iyun 2018-ci ildə çox kobud bir dəyişiklik etdik. Bu gün biz dünya təhsil sisteminə inteqrasiyadan danışırıqsa, dünyanın aparıcı ölkələrini, məsələn, Yaponiya, Finlandiya, Böyük Britaniyanı nəzərdən keçirməliyik. Əslində, 1 nömrəli təhsil sistemi Böyük Britaniyada, daha sonra isə Yaponiyadadır. Həmin ölkələrdə bakalavriat yox, artıq magistratura bitirənlərin təhsil verən kimi işə götürülməsi şərti qoyulur. Amma bizdə belə deyil. 3 iyul 2010-cu ildə Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” sənədi qəbul olunub. Orada 6-cı maddədə konkret olaraq göstərilir ki, ümumtəhsil pilləsində yalnız pedaqoji sahədə ali təhsili olan müəllimlər işləyə bilər. Amma biz bunu dəyişdik və keçən 10 il ərzində qanunvericiliyin tələblərini pozaraq kollec bitirənləri müəllimliyə qəbul etdik. Adını da qoyduq ki, bizim ali təhsili bitirən şəxslər bir çox hallarda orta ixtisası bitirənlərdən aşağı nəticə göstərir. Əgər ali təhsil  müəssisələrində tələbə uyğun olan təhsil verilmirsə, bu, o demək deyil ki, biz orta ixtisaslı müəllimləri ümumtəhsil pilləsinə doldurmalıyıq. Nəticə bu gün onu göstərir ki, illərdir, müəllimlərin mərkəz şəhərlər üzrə balları 48, regionlar üzrə isə 30 bal idi”.

Həmsöhbətimiz vurğulayıb ki, daha aşağı nəticə göstərən müəllimlər rayonlara göndərilirdi. Amma bu il həmin məsələ aradan qalxıb:

“Vəziyyətdən çıxmaq üçün artıq bir neçə ildir ki, elə mən özüm də təklif edirəm ki, kolleclər birmənalı şəkildə bağlanmalıdır. Təhsili inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də subbakalavr təhsili ali təhsilin birinci səviyyəsinə keçməlidir. Kolleclər büdcədən böyük maliyyə vəsaiti alırlar, amma onlar korrupsiya mənbəyidirlər və kolleclərin  verdiyi təhsil bu gün ümumtəhsil məktəblərində işləyən müəllimlərin simasında açıq-aydın görünür. Hazırda sistemdə işləyən orta ixtisaslı müəllimlər üçün dövlət proqramı təyin olunmalıdır. Yalnız onlar üçün qiyabi təhsil bərpa olunaraq onların subbakalavrdan bakalavra keçirilməsi təmin edilməlidir. Məsələ bu qədər bəsitdir. Aşağı nəticə göstərən rayonların Təhsil Şöbəsinə zəng vurub orada neçə nəfərin orta ixtisaslı müəllim olduğunu soruşsanız, hər şey aydın olar. Əsas düyün nöqtəsi budur. Düşünürəm ki, 2021-ci ildəki sertifikasiyadan sonra bir çox məsələlərə aydınlıq gətiriləcək və bu kimi müəllimlər sistemdən uzaqlaşdırılacaq”.

Əvvəlki yazı

Bağçalar bu tarixdən açılır – Qərargah

Sonrakı yazı

Ramiz Mehdiyevlə Əli Həsənova daha bir zərbə – Foto

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.