04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bu qanun Cahangirlə Zamirənin başında çatladı” –Hacıyeva olayı sifariş sayır, deputat və ekspert nə deyir?

08 Noyabr 2018, 09:15
Seçmə
A A
“Bu qanun Cahangirlə Zamirənin başında çatladı” –Hacıyeva olayı sifariş sayır, deputat və ekspert nə deyir?

«Mən Zamirənin Azərbaycana ekstradisiyasına çox pis baxıram. Azərbaycana gəlməsi yaxşı işdir bəyəm? Onun nə təqsiri var?», – ötən həftə Londonda saxlanılan Zamirə Hacıyevanın baldızı Əminə Hacıyeva “Azadlıq” radiosuna açıqlamasında bildirib.

Z.Hacıyeva 15 il həbs cəzası almış Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadıdır.

Londondakı «Harrods» mağazasında 16 milyon funt sterlinq xərcləmiş, 15 milyon funt sterlinqlik evdə yaşayan və Birləşmiş Krallığın “İzahedilməz Sərvət Qanunu”nun ilk hədəfi olan bu qadının Azərbaycana ekstradisiya olunacağı gözlənilir. Ötən ay Milli Cinayət Agentliyi ona İzahedilməz Sərvət Orderi təqdim etmişdi, yəni o, sərvətinin mənşəyini təsdiqləyən sənədləri təqdim etməlidir.

Məhkəmədə onun Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edildiyi bəlli olub.

Ə.Hacıyeva qardaşı arvadı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparacağına inanmır. «Cahangirlə bağlı obyektiv istintaq aparılıb ki, Zamirəylə bağlı da aparılsın?», – deyə o sual edir.

«Bunu etdilər ki, hamı bilsin belə də ola bilər…»

Ə.Hacıyeva Z.Hacıyevanın təqsirsiz olduğunu düşünür: «Onunla bağlı cinayət işi açılıb, burda kartında 4 milyon yarım borcu vardı. Bu borc da nədən əmələ gəlib Cahangir məhkəmədə izah etmişdi. O, Zamirənin adına səhmlər almışdı, 4 milyonluq. Həmin səhmləri götürsünlər, borc bağlansın. Etmirlər. Çünki belə lazımdır».

Ə.Hacıyeva qardaşı arvadının saxlanılmasını «burdan gedən sifariş» sayır və əlavə edir: «Hər halda hamı başa düşür ki, bu sifariş haradan gedir. Arvadı orda necə milyonlar xərcləyə bilər ki, yaxın adamlarının hamısına borcludur? Haradan çıxır bu daş-qaş? Kim belə vəziyyətə düşürsə, hər şey onun üstünə yıxılır, vəssalam… Bu qanun Moskva oliqarxları ilə bağlı çıxarılmışdı, Rusiyaya qarşı atılan addım idi. Bəs nə oldu bir Zamirəni tutdular? Hamı başa düşür ki, Zamirənin həbsi sifarişdir. Cahangirlə Zamirənin başında çatladı. Bunu etdilər ki, hamı bilsin belə də ola bilər…».

Hakim Z.Hacıyevanın zaminə buraxılması vəsatətini qəbul etsə də, prokurorların şikayətindən sonra o, həbsdə qalıb. Noyabrın 8-də bu qərardan şikayətə Apellyasiya Məhkəməsində baxılmalıdır. Bu dəfə vəsatət təmin olunsa, Z.Hacıyeva 500 min fut sterlinq ödəməlidir. Ə.Hacıyevanın sözlərinə görə, qardaşı arvadının o qədər pulu yoxdur.

Ə.Hacıyeva hələlik qardaşına həyat yoldaşının saxlanılması xəbərini çatdırmadığını da deyir.

Sosial şəbəkələrdə keçmiş bankirin arvadının Azərbaycan tərəfinin ricası ilə saxlanılması müxtəlif cür qarşılanıb. Bunu hakimiyyətin qisasçılıq siyasəti kimi dəyərləndirənlər az deyil. Amma korrupsiyada ittiham olunan bankirin həyat yoldaşının həbsini «cinayət edən cəzasını almalıdır» kimi şərh edən də var.

Deputat: «Gözləyirlər ki, hökumət addım atmasın..?»

«Onlar bunun sifariş deyil, gerçək hüquqi tədbirlərin sayəsində baş verməsi kimi qəbul etsələr, daha doğru olardı», – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, iqtidaryönlü deputat Zahid Oruc ailənin ittihamına belə cavab verir.

«Qara yollarla əldə edilmiş vəsait sahiblərinin xarakteri belədir, dərhal özünümüdafiəyə keçir və bu cür siyasi cümlələr qururlar. Biz indiki halda tərəfin kişi ya qadın olmasını deyil, cinayətlə bağlı axtrarışların nəticələrini müzakirə edirik», – deputat söyləyir. O hesab edir ki, Azərbaycanın Z.Hacıyevanı ekstradisiya etməsi doğru olardı.

Z.Oruc Azərbaycanda sıravi vətəndaşların bank sektorundakı talançılıqla bağlı kəskin addımlar atılmasını istədiyini, Beynəlxalq Bankdan milyardlarla vəsaitin sovrulduğunu, bunun büdcə xərclərinə, xarici borcun həcminə təsirsiz ötüşmədiyini bildirir.

«Belə olan halda bunlar nə istəyirlər ki? Gözləyirlər ki, hökumət addım atmasın, Zamirə Hacıyeva da bahalı, dəbdəbəli yerlərdə bazarlıqlarını davam etdirsin? Düşünürəm ki, bu həbs qərarı ən sonda onun Azərbaycana verilməsi ilə sonuclanacaq. Burda başlıca məsələ oğurlanan vəsaitlərin geri qaytarılmasıdır. Bu, təqdir edilməli addımdır», – deyən Z.Oruc ölkədən milyonlar oğurlayıb xarici ölkələrdə sığınacaq tapan digər şəxslərlə bağlı da addımlar atıldığını bildirir. O, xarici ölkədə sığınacaq almağın heç kimi qorumadığı fikrinin bərkiməsini arzulayır.

Ekspert: «Xarici məhkəmədə bu məsələnin araşdırılması fərqli effekt doğura bilərdi»

«Mənə elə gəlir, Azərbaycan tərəfindən rəsmi müraciət edilməsəydi, Britaniya hüquq-mühafizə orqanları onu həbs etməzdi», – REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli deyir.

«Britaniyada kiminsə milyonlarla pul xərcləməsi cinayət deyil. Bu ölkə elə pul xərclənən yerdir. Rusiyadan, ərəb ölkələrindən, postsovet ölkələrindən nə qədər insanın Britaniyada həm daşınmaz əmlakı var, həm də böyük pullar xərcləyir», – deyən iqtisadçı hesab edir ki, Bakının ekstradisiya ilə bağlı rəsmi müraciət üçün ciddi əsaslar da var: «Beynəlxalq Bankla bağlı ciddi korrupsiya faktlarının olması heç kimdə şübhə doğurmur. Dövlət Beynəlxalq Bankın 10 milyard dollara yaxın daxili borcunu bağladı və xaricdə 3.3 milyard dollar borcuna zamin durdu».

Amma N.Cəfərli Böyük Britaniya qanunlarına görə, ekstradisiyanın asan olmadığını da vurğulayır: «Çox güman, güclü vəkillər tutulacaq. Zamirə xanımın çoxuşaqlı ana olduğu, Britaniyada yatırımlar etməsi nəzərə alınacaq və bu proses illərlə uzana bilər».

N.Cəfərlinin ehtimalına görə, Z.Hacıyeva ekstradisiya edilərsə belə, məhkəmədə bankla bağlı cinayətlərin ört-basdır edilməsi mümkündür. İqtisadçı Beynəlxalq Bank rəhbərliyinin özbaşına bu qədər vəsaiti mənimsəməsinin şübhə doğurduğunu, burda açılmayan məqamların olduğunu bildirir, hətta gedişatda yüksəkvəzifəli məmurların adlarının hallandırılmasını da mümkün sayır. Onun qənaətincə, xarici məhkəmədə bu məsələlərin araşdırılması fərqli effekt doğura bilərdi.

Xatırladaq ki, Cahangir Hacıyev 2016-cı ildə mənimsəmə ittihamıyla 15 illik həbsə məhkum edilib. O zaman xanım Hacıyeva barəsində axtarış elan olunsa da, o, elə o vaxtdan Britaniyada yaşayırdı. Bu yaxınlarda Britaniya məhkəməsi bu qadının sərvətinin mənbəyini açıqlamasını tələb etdi. Artıq bu ölkənin müstəntiqləri korrupsiyada şübhəli bilinən əcnəbilərdən sərvətlərini qanuni toplamalarının sübutunu tələb edə bilir.

Hacıyeva və ərinin kimliyi ötən ayın əvvəlində ictimaiyyətə açıqlanıb. Hacıyeva Britaniyadakı ödənişləri ərinin bankının buraxdığı 35 kredit kartıyla edib. Britaniya Cinayətkarlıqla Mübarizə Agentliyinin rəhbəri isə etiraf edib ki, C.Hacıyevin «dəbdəbəli «Harrods» ticarət mərkəzində sağa-sola pul xərcləyən» arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Tramp baş prokuroru istefaya göndərdi:”Daimi əvəzetmə daha sonra elan ediləcək”

Sonrakı yazı

Avropa Liqası: “Qarabağ” “Vorskla” ilə qarşılaşacaq

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.