08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu orucluqda da ikitirəlik: Ayı kim tez gördü, kim gec gördü?

04 May 2022, 14:58
Cəmiyyət
A A
Bu orucluqda da ikitirəlik: Ayı kim tez gördü, kim gec gördü?

“Bayram namazı nə vaxt qılınmalıdır?” – Çox güman ki, Ramazan ayının başa çatması ərəfəsində dindar təbəqə arasında ən çox müzakirə olunan sual bu idi.

Hər il olduğu kimi bu il də mövzu ilə bağlı fikir ayrıseçkiliyi davam etdi. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi namazın mayın 2-də qılınmasını uyğun görmüşdü. QMİ-nin sədr müavini Fuad Nurullayev mətbuata açıqlamasında bayram namazının ayın 2-si saat 9-da Göy məscid və Əjdərbəy məscidində, saat 10-da Təzə Pir məscidində namazın qılınacağını açıqlamışdı. O, digər məscidlərdə namazların saat 9 və ya 10-da qılınmasının sərbəst olduğunu bildirmişdi. Hacı Fuadın açıqladığı kimi də oldu. Bayram namazı həmin məscidlərdə qılındı və ölkədə orucluq ayı rəsmən başa çatdı.

QMİ rəsmisi bütün məscidlərdə bayram namazının mayın 2-si qılınacağını desə də, lakin ölkənin bütün məscidlərində namaz həmin gün qılınmadı. Sosial şəbəkələrdə bir sıra məscidlərdə mayın 3-də bayram namazının qılındığına dair fotolar paylaşıldı. Həmin məscidlərdən biri də Bakıda yerləşən Məşədi Dadaş məscidi idi. Məscidin axundu, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli bayram ərəfəsində AzTV-yə açıqlamasında namazın ayın görünməsinə uyğun qılındığını bildirmişdi:

“Dinimizdə ayın görünməsi şərtdir. Quranda da qeyd olunur ki, sizlərdən ayı kim gördüsə oruc tutsun, yəni ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud orucumuzu açırıq, bayramı qeyd edirik. Bu məsələlər elmi görüşlər və dini baxışların uzlaşdırılması ilə tənzimlənir. Azərbaycanda Şamaxı rəsədxanası bu məsələ ilə bağlı rəy verir və QMİ də həmin elmi görüşlərə istinadən müəyyən ehtimallar haqda məlumat verir. Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey söyləmək olmur. Çünki bəzən hava şəraiti ayın müşahidə olunmasına mane ola bilər. Amma birmənalı olaraq bu məsələdə hər hansı siyasi çalar yoxdu. Bunu siyasiləşdirmək kökündən yanlışdır. Hansısa dövlətə istinad etmək məsələsi də yoxdur.

Bu şəriət mövzusudur. Dini görüşlər arasında fərq var, amma bu məzhəb fərqi deyil. Çünki eyni məzhəb təmsilçiləri arasında da fərqli baxışlar ola bilir. Misal üçün bəzi alimlərin rəylərinə əsasən, ay dünyanın harasında göründüsə, bayram etmək olar. Digərləri isə deyir, eyni üfüqdə yerləşən ölkələr üçün bayram ola bilər. Bir sıra alimlər teleskopla ayı müşahidə etməyi yetərli hesab edir. Bəziləri deyir ki, ay adi gözlə görünməlidir. İstənilən elm sahəsində fərqli fikirlər olduğu kimi dini elmlər sahəsində də müxtəlif fikirlər ola bilər. Əsas məsələ budur ki, bu baxışları uzlaşdırıb ortaq məxrəc tapmaq lazımdır. Ona görə Azərbaycanda da bayram 2 gün qeyd olunur. İnsanlar da sərbəst şəkildə öz görüşlərinə uyğun formada namazları özləri icra edə bilir. Hər bir insan öz görüşünə əsasən, orucunu açıb bağlayır. Vahid mövqe bundan ibarətdir ki, xalq bayramı 2 gün qeyd edir və bayram dövlət səviyyəsində keçirilir”.

Məsələyə deputat Sabir Rüstəmxanlı sərt reaksiya verib. O, ikili yanaşmanı milli nifrətin din donu kimi xarakterizə edib: “İndoneziyadan Mərakeşə qədər bütün müsəlman dünyasında bu gün (red: 2 may) Ramazan bayramıdır. Hamının bayramı mübarək olsun!  Bütün ölkələrdə camelər dolub-daşır, bayram namazları qılınır, doğmaların məzarları ziyatət edilir, evlərdən fitrə çıxarılır, imkansızlara yardımlar edilir. Dünyada möhtəşəm bir bayram havası var. Təkcə İran tərsliklə ayağını yerə dirəyib ki,  bayram bu gün yox, sabahdır. Bütün başqa bayram və din təqvimlərində də belə edir. Fars ordularını əzib İslamı İranda yayan Həzrəti Ömər və Həzrəti Osmana olan fars nifrəti min dörd yüz ildir ki, məzhəb adına İslam dünyasını parçalayır və bütün islam aləminə ikitirəlik salır. Bizim cahillərin də işi öz qafalarını işlətmədən, İranın din dəllalarının əmrini yerinə yetirməkdir”.

“Qafqazinfo” məsələ ilə bağlı QMİ ilə əlaqə saxlayıb. Qurumun Mətbuat xidmətindən saytımıza bildirilib ki, kim hansı gün istəsə, həmin gün bayram namazını qıla bilər: “Hər iki gündə bayram namazının qılınması müstəhəbdir. Burada təəccüblə qarşılamaq lazım deyil. Elə ölkələr var ki, orada bayram üç gün qeyd olunur. Üç gün ərzində insanlar namazlarda iştirak edir. Ona görə də  bayramın iki günündən kim hansı gün istəsə, həmin gün namazını qıla bilər. Düzdür, həmişə ilk namaz günü daha çox ictimailəşir. Amma burada heç bir fərq yoxdur. Azərbaycan multikultural ölkə olduğuna görə, fərqli məzhəblər olduğuna görə, hər kəs öz baxışına əsasən, namazını qılmaqda sərbəstdir”.

Şamaxı Astrofizika Rəsədxanası bayramdan öncə məsələyə münasibət bildirmişdi. Qurum bu işdə bayram namazının ayın görünməsinə əsasən və QMİ-nin fətvasına uyğun olaraq qılındığını qeyd etmişdi. QMİ-nin sədr müavini Hacı Fuad isə Şamaxı Rəsədxanası ilə əlaqə saxladıqlarını və ayın göründüyünü söyləmişdi.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan ayı rəsmi olaraq bu il aprelin 2-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2-3 may tarixləri Ramazan bayramı hesab olunub.

Əvvəlki yazı

Akopcanyan: Əliyev kimi liderimiz heç vaxt olmayıb

Sonrakı yazı

Taleh Kazımov bank rəhbərlərini toplayır – İlk görüş

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.