Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.
Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.