“Dərin təəssüf hissi keçirdiyimizi bildirirəm. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik”.
Reportyor.info xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
“Bu işin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb”, – deyə baş prokuror bildirib.