2021-ci ilin ötən dövründə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Reportyor.info-ya bildirilib ki, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.