22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bu, hakimiyyətin ləyaqətini itirməsi deməkdir” – Paşinyana mesaj

07 Yanvar 2022, 21:17
Siyasət, Manşet
A A
“Bu, hakimiyyətin ləyaqətini itirməsi deməkdir” – Paşinyana mesaj

“Ermənistan Qazaxıstana əsgər göndərməklə “demokratiya kartı”nı itirdi”

“Bir qrup avtoritar ölkəyə lazım idi ki, məhz küçədən, inqilabdan hakimiyyətə gələn bir lider bu qərarı elan etsin…”

Reportyor.info Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyanın silahdaşlarından biri sayılan, hakim partiyanın üzvü, sabiq deputat Qayane Abramyan deyib.

O, bunu Ermənistanın Baş nazirinin KTMT qoşunlarının Qazaxıstana göndərilməsini elan etməsinə və erməni hərbçilərinin həmin ölkəyə göndərilməsinə dair qərarını özünün sosial şəbəkə səhifəsində şərh edərkən yazıb.

Abramyan deyib ki, bununla da Ermənistanın böyük əziyyətlə yaratmaq istədiyi demokratik dövlət imicinə ciddi zərbə vurulub: “Növbəti dəfə Ermənistanın dövlət maraqları təhlükə altına salınıb. Məlum məsələdir ki, Ermənistan KTMT ordusunun Qazaxıstana göndərilməsinə dair nə təşəbbüs irəli sürüb, nə də qərar qəbul edib. Sadəcə, bir qrup avtoritar ölkəyə lazım idi ki, məhz küçədən, inqilabdan hakimiyyətə gələn lider bu qərarı elan etsin. Baxmayaraq ki, ən çətin günlərdə KTMT onu tək qoymuşdu…”

Paşinyanın silahdaşı bildirib ki, Ermənistan bununla da beynəlxalq münasibətlərdə malik olduğu əsas kartını – demokratik dəyərlərə sadiqliyini itirmiş oldu: “Bu kədərli qərarla və onun bütün dünyaya məhz Ermənistanın Baş naziri vasitəsilə elan olunmasıyla İrəvan bizim beynəlxalq münasibətlərdəki əsas və yeganə kartımızı – demokratiya dəyərlərini müdafiə edən demokratik dövlət mövqeyini itirdi. Bizim KTMT-dəki üzvlüyümüz beynəlxalq aktorlar tərəfindən de-yure qəbul olunurdu, çünki bilirdilər ki, başqa seçimimiz yoxdur. Ancaq indi artıq biz defakto bir avtoritar şəxsə xidmət göstərən ailənin üzvünə çevrilmişik.”

Rusiyada yaşayan tanınmış erməni əsilli rejissor Sarik Andreasyan isə Ermənistan hökumətinin Qazaxıstana əsgər göndərməsini daha sərt şəkildə tənqid edib. Və ermənilərə Tokayevin Azərbaycanı Qarabağdakı qələbə münasibətilə təbrik etməsini xatırladıb: “Bir neçə ay əvvəl Tokayev Əliyevi qələbənin ildönümü və bayram münasibətilə təbrik edib. Bugünsə Ermənistan Qazaxıstanda vəziyyətin düzəlməsi üçün oraya 70 hərbçi göndərir. Hesab edirəm ki, heç bir nəfər də göndərmək olmaz. Bu, Ermənistan hakimiyyətinin ləyaqətini itirməsi deməkdir. Ayıbdır!”

Qeyd edək ki, Ermənistanda bu cür düşünənlər kifayət qədər çoxdur. Məlum məsələdir ki, Paşinyan bu addımı heç də böyük həvəslə atmayıb. Lakin bu, həm də onun Moskvaya dirəniş göstərəcək iradəyə malik olmadığını ortaya qoyur.

Ancaq istənilən halda özünü dünyaya demokratik ölkə kimi tanıtmağa çalışan Ermənistanın avtoritar rejim sayılan Qazaxıstan hakimiyyətini qorumaq üçün hərbçi göndərməsi İrəvanın yaratmaq istədiyi imiclə kəskin ziddiyyət təşkil edir.

Əvvəlki yazı

Tacikistan da qoşun göndərdi

Sonrakı yazı

DYP-dən sürücülərə küləklə bağlı XƏBƏRDARLIQ

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.