Xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiqamətində çalışılır.
Bu fikirləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.
TƏBİB-in rəsmisi işğaldan azad olunan ərazilərdə görülən işlərdən də danışıb.
Onun sözlərinə görə yaxın zamanlarda Laçın şəhərində yeni modul tipli xəstəxana fəaliyyət gösərəcək.
TƏBİB-rəsmisi qeyd edib ki, artıq COVİD-19 pandemiyası üçün qurulmuş modul tipli xəstənaların Qurum tərəfindən təyinatı dəyişdirlib.
O, 65 yaşı tamam olmuş həkimlərin işdən çıxarılması məsələsinə də toxunub.