26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu gün müasir, müzəffər Azərbaycan Ümummilli lider Heydər Əliyevin siyasi ideyaları əsasında inkişaf edir

08 May 2022, 12:57
Cəmiyyət
A A
Bu gün müasir, müzəffər Azərbaycan Ümummilli lider Heydər Əliyevin siyasi ideyaları əsasında inkişaf edir

 

“Mərhum Heydər Əliyev Azərbaycanın
xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
Rəcəb Tayyib Ərdoğan
Parlaq təfəkkürlü, uzaqgörən siyasətçi, çevik idarəetmə, natiqlik məharəti, güclü dövlətçilik duyğusu və möhkəm iradəyə malik olan, möhtəşəm, bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın qəlbinə yol taparaq, hər kəsin etibarını və məhəbbətini qazanmışdır.
Tarixin yaddaşında qalmaq hər insana nəsib olmur. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin qismətinə düşüb. Onun vətən və xalq qarşısında xidmətləri misilsizdir. Ulu öndərimizin fəaliyyəti öz əhəmiyyəti ilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxıb. O, zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu, xilaskar kimi qalıb.
Məhz onun dövründə müstəqilliyimizin təməli qoyulub.
60-cı illərə qədər ölkəmiz aqrar ölkə kimi tanınınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Başqa bir irəliləyiş yox idi. Demək olar ki, respublika durğunluq dövrünü yaşayırdı.
Lakin Heydər Əliyevin hakimiyyətinin ilk illərindən respublika və respublikaya olan münasibət xeyli dəyişdi. Respublikamız iri addımlarla irəliləməyə başladı. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir neçə zavod və fabrik istifadəyə verildi. Yeni iş yerlərinin açılması ilə xalqımızın rifah halı xeyli yaxşılaşmağa başladı.
Azərbaycan nəhəng tikinti meydançasına çevrildi. Yüksək memarlıq qabiliyyəti olan Ümummilli Lider Heydər Əliyev Bakıda milli üslubda, respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan sarayların, özünün görkəmi ilə şəhərə yaraşıq verən bir çox binaların tikilməsi və xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər qoyulması üçün layihələr imzaladı.
Azərbaycanın dünyaya yaxından inteqrasiya olunması, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Dahi rəhbərimizin göstərişi ilə respublikada bir sıra təhsil ocaqları yaradıldı.
1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verildi. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-ə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Azərbaycanlı gənclər təhsil almaq üçün bir sıra xarici ölkələrə göndərildi. Buna görə Azərbaycana bir neçə ildən sonra lazımlı yüksək səviyyədə ixtisaslı gənc mütəxəssislər qayıtdı.
Ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
Bildiyimiz kimi, ermənilər Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra dəfələrlə yerli əhaliyə qarşı soyqırımlar törədərək, yurd yerlərimizdən tariximizin izlərini silərək məskunlaşdıqları əraziləri mənimsəməyə çalışıblar.
Bu səbəbdən uzaqgörən siyasətçi Heydər Əliyev hələ Moskvada işlədiyi dövrdə Bakıda C.Naxçıvanski adına internat tipli Hərbi məktəb yaratdı. Sonralar Azərbaycanda ordu quruculuğunda bu məktəbin böyük rolu oldu. Məhz bu məktəbin minlərlə yetirməsi Qarabağ savaşında düşmənə qarşı vuruşub qəhrəmanlıqlar göstərərək, torpaqlarımızın geri alınmasında iştirak etdi.
Hələ Sovetlər dönəmində Azərbaycanı, onun mədəniyyətini bütün dünyaya tanıtmaq üçün dahi, uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanın tanınmış istedadlı musiqiçilərini, artistlərini, müğənnilərini, bəstəkarlarını, yazıçılarını, şairlərini xarici ölkələrə göndərirdi.
Elə həmin illərdə Heydər Əliyev Azərbaycan SSR konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi daxil etmşdir. Həmin dövrdə isə bunu etmək olduqca böyük cəsarət tələb edirdi.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Heydər Əliyev Azərbaycan gənclərinə bir çox xarici dilləri öyrənməyi, ilk növbədə isə öz ana dilini daha mükəmməl bilməyi tövsiyyə edirdi.
Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycan XX-ci əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək, müstəqil dövlətini yaratmaq missiyasını dahi rəhbər Heydər Əliyev yerinə yetirdi.
Əmək fəaliyyətinə başlayan andan Heydər Əliyev doğma, canından artıq sevdiyi vətəni, xalqı üçün çalışdı.
Xalqın istəyi və təkidi ilə Bakıya gələn Heydər Əliyev 1993-cü ildə səs çoxluğu ilə Azərbaycanın prezidenti seçildi və yeni qüvvə ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu. Ümummilli Lider prezident seçildikdən sonra andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı – içtimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin may ayında cəbhədə atəşkəsin əldə edilməsinə nail oldu. Sonra dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu və ölkənin dinamik inkişafı üçün zəruri addımlar atdı. Ölkədə sabitlik, əmin-amanlıq yaratdı.
1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsi bağladı. Bu müqavilə Azərbaycanın dünya xəritəsində mövqeyini möhkəmləndirdi.
Heydər Əliyevin xalqımızın, dövlətimizin qarşısında misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır.
Ulu öndərin dövlət quruculuğu siyasətininin fonunda gördüyü işlərin və bunun sayəsində əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar.
Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək, yeni zirvələr fəth edir.
Bu gün bütün dünyaya inteqrasiya olan, hər sahədə durmadan irəliləyən müasir, müzəffər Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi ideyaları ilə inkişaf edir.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Rusiyanın daha bir desant gəmisi məhv edilib – VİDEO

Sonrakı yazı

Nərmin işini araşdıran jurnalistə hücum edildi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.