03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu gün “Elçibəy marafonu” keçiriləcək

21 İyun 2019, 10:49
Cəmiyyət
A A
Bu gün “Elçibəy marafonu” keçiriləcək

Əvəz Zeynallı: “Elçibəyin o qədər böyük irsi var ki, bir kitaba sığmaz”

İyunun 21-də (bu gün) Müsavat Partiyasının qərargahında Azərbaycanın 2-ci prezidenti olmuş Əbülfəz Elçibəyin fəaliyyətini əks etdirən kitabların nəşri üçün marafon keçiriləcək. Tədbir saat 11:00-da başlayıb, 17:00-a qədər davam edəcək.

“Elçibəy marafonu”nun əsas təşkilatçılarından olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a kitab barədə ətraflı məlumat verdi: “Kitabı Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tərtib etmişdik. Bildiyiniz kimi, ötən il 80 yaşı tamam olmuşdu. Kitabın tərtibçiləri  Ədalət Tahirzadə, Oqtay Qasımov və mənəm. Kitabda Əbülfəz Elçibəyin ötən əsrin 60-cı illərinin sonlarından yazdığı elmi, ideoloji məqalələr, prezident olduğu və prezidentlikdən sonrakı dönəmdə onun önəm verdiyi müsahibələr, yazılar əks olunub. Nəhəng bir ədəbiyyat tərtib etdik. Araşdırmalar apardıqca bir daha şahidi olduq ki, Əbülfəz Elçibəyin o qədər böyük bir irsi var, bir kitaba sığmaz. Qərara gəldik ki, Əbülfəz bəyin fəaliyyəti, xüsusilə, prezident olduğu dövrdəki fəaliyyəti ilə bağlı çox cildlik kitab hazırlayaq. Bunun üçün kitabxanalarda, arxivlərdə işləməyə başladıq. Gördük ki, həqiqətən bu 2-3 cildlik kitaba sığan fəaliyyət deyil. İkinci cild hazırdır və təsəvvür edin ki, bu, Elçibəyin prezident olduğu ilk ayı belə tam əhatə etmir. Cəmiyyətdə unutmalar var. Əbülfəz bəyin vaxtını işlənməyən, fəaliyyət göstərilməyən zaman kəsiyi kimi dəyərləndiriblər. Amma o dövrün çox önəmli hadisələri var. İdeya buradan yarandı. İkinci cild hazır olsa da, maliyyə vəsaitimiz çapı üçün yetişmir. Bunun üçün də qərara gəldik ki, ötən ildə çap olunan birinci cilddən qalan təxminən 500 kitabla bağlı ”Elçibəy marafonu” təşkil edək. Bəyin 81 illiyini keçirək, həm də marafonda kitab maya dəyərinə, yəni 10 manata satılsın. Bunun üçün də Müsavat Partiyasının qərargahında belə bir marafon keçirməyi planlaşdırdıq. Saat 11:00-dan 17:00-a qədər marafon olacaq. Oradan toplanan vəsaitlə ikinci cildi çıxaracağıq.  Birinci cilddən qalan kitabları sata bilməsək, ikinci cild üçün vəsaitimiz yoxdur. Kitabda kiminsə fikirləri yer almır. Əbülfəz bəyin vacib sayılan yazılarını, müsahibələrini, fikirlərini kitaba daxil etmişik. Başqa kimsənin yazısı kitabda yer almır. Kitab Əbülfəz bəyin özüdür”.

Elçibəy marafonu ile ilgili görsel sonucu

Ə.Zeynallı tədbirə ictimai marağın yüksək olduğunu söylədi: “Tədbiri ictimailəşdirmişik. Maraq həddindən artıq yüksəkdir. Mətbuat orqanları, xüsusilə sizin qəzet ciddi şəkildə dəstək verir. Bunun üçün təşəkkür edirəm. Qalan 500-ə yaxın kitabla bağlı gələn reaksiyalar əsasında deyə bilərəm ki, kitablar artıq satılıb. Sadəcə, marafonda hər kəs gəlib kitabını götürəcək. Bu tədbir həm də Əbülfəz bəyə olan münasibəti bir daha test etmək üçündür. Xoş münasibəti hər an görürük. Hər kəs üzərinə düşən işləri görür. Onu da deyim ki, elə adamlar da var ki, görməzlikdən gəlirlər. Halbuki bu istiqamətdə iş görmək onların borcudur. Kitabların satılmasında böyük fədakarlıq göstərən insanlar oldu. Kim istəsə, tədbirə gələ bilər. Amma xüsusi olaraq dəvət etdiyimiz insanlar var. Tədbirimiz xüsusilə gənclər, tələbələr üçün çox önəmlidir”.

Əvvəlki yazı

Nazir: Azərbaycanda minimum əmək haqqı il ərzində 92 faiz artıb

Sonrakı yazı

Deputat Eldar Quliyevdən sensasion açıqlama:

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.