02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir – VİDEO

28 May 2018, 00:40
Seçmə
A A
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir – VİDEO

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur.

100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil – red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov – hərbi nazir

Məmmədhəsən Hacınski – xarici işlər naziri

Nəsib bəy Yusifbəylı – maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov – ədliyyə naziri

Məmmədyusif Cəfərov – ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski – dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F. X. Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F. X. Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan olunub.

Ölkədən və ölkədən kənarda bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

Əvvəlki yazı

Elzadan Damlaya TƏHQİR! Şəkilini cırdı: “Damlaya itim də, pişiyim də qulaq asa bilməz…”

Sonrakı yazı

İranda yenə qarşıdurma oldu:etirazçılar yolu bağladı, polis güc tətbiq etdi

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.