29-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu gün Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir

26 İyun 2023, 10:37
Cəmiyyət
A A
Bu gün Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir

 

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə bilərik ki, Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.
Ümummilli Liderimiz, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi idi. O, uzun müddət dövlət təhlükəsizlik orqanlarında və Mərkəzi Komitədə rəhbər vəzifədə işləmişdi. Odur ki, dünyada gedən siyasi proseslərdən xəbəri var idi. Heydər Əliyev hələ Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi vaxtlardan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Umummilli Lider həmin dövrdə milli zabit kadrlarımızın yetişdirilməsi üçün öz nüfuzu ilə mərkəzə müəyyən təsirlər edərək Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbi yaratmışdı.
Bu, o dövr idi ki, azərbaycanlı gənclər orduda qulluq etmək üçün əsasən Rusiyaya göndərilir və iki il qulluq müddətində silah tutmağı belə öyrənməsinlər deyə yalnız tikintidə, hərbi yeməkxanalarda və yaxud başqa işlərdə işlədilirdilər. Belə bir vaxtda bu, Azərbaycan rəhbərliyi tərəfindən atılmış çox cəsarətli və mühüm bir addım idi.
Beləliklə, o dövrlərdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri artıq hərbi təhsil almağa başladılar.
Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin əsasını da məhz Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələri təşkil etdi.
Dahi rəhbərin 1998-ci il martın 13-də imzaladığı Sərəncama əsasən, Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açıldı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı.
Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrlarının mövcudlugundan asılı olaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bir il sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyasını yaranmasına nail oldu..
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı Fərmana əsasən, 1998-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələr Günü elan edildi.
Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə isə Müdafiə Nazirliyinin təşkil edilməsi barədə 1999-cu il avqustun 20-də fərman verir.
Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.
Məhz Ulu Öndərin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu.
Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz siyasi lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
2003-cü ildə Silahlı Qüvvələr günündə Heydər Əliyev çıxış edərək demişdi: “Azərbaycanın güclü Ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər…”
Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız qüdrətləşən, müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir.
Daim dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir.
İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkar səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir.
Azərbaycan Ordusu müasir silah-sürsat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və bildiyimiz kimi bu gün ordumuz dünyanın 50 aparıcı ordusu sırasındadır.
Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ordu quruculuğu haqqında demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirilir”.

Seymur Qasımov
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı

Əvvəlki yazı

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

Sonrakı yazı

Naxçıvanda dəhşətli qəza: Ölənlərin sayı 6-ya çatdı (YENİLƏNİB)

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.