29-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu gün Aşuradır – Tanınmışlar Kərbəla müsibətindən danışır

16 İyul 2024, 09:32
Gündəm, Manşet
A A
Bu gün Aşuradır – Tanınmışlar Kərbəla müsibətindən danışır

Bu gün Aşuradır. Məhərrəm ayının 10-cu günü  Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib. Həmin qanlı hadisələrdən əsirlər ötməsinə baxmayaraq, hər il Aşura müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.

Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək. Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. QMİ-nin Qazılar Şurası  Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməz  olduğunu bəyan edib. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrə  “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməklə bağlı çağırış edib. “Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur”, – deyə müraciətdə deyilirdi. İnsanlara Kərbəla hadisələrinin gerçək mahiyyətini anlada bilirikmi?

Aqil Abbas - 70

Aqil Abbas 

Milli Məclisin deputatı Aqil Abbas “Yeni Müsavat”a deyib ki, hər il Aşura günü məscidə gedir: “Əvvəllər də Aşurada iştirak edirdim, nəzir verirdim. Bu gün də iştirak edəcəyəm, “Göy məscid”ə gedəcəyəm, nəzirimi də verəcəyəm. O ki qaldı insanlara Aşuranın mahiyyətini aşılamağımıza, əlbəttə, aşılaya bilmişik. Amma məzhəblər arası, sünni-şiə davası salırlar, şiəliyə qarşı bir kampaniya aparırlar. Amma Məhərrəmliyi insanların qanından çıxarmaq mümkün deyil. Bu, necə ki babalarımdan mənə, məndən də balalarıma və nəvələrimə ötürülüb. Əli sevgisi, İmam Hüseyn eşqi qanımıza, canımıza hopub. Nə qədər əks-təbliğat aparsalar da, xeyri yoxdur. Beş-on nəfər məzhəbini dəyişə bilər, vəssalam”.

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov

Qanvermə aksiyasında iştirak edəcəyini deyən ilahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov da “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Məhərrəmlik, Aşura müsəlman dünyasının bir sıra ölkələrində hər zaman qeyd olunur. Azərbaycanda da hər zaman məhərrəmlik, Kərbəla şəhidlərinin xatirəsi uca və əziz tutulub, hər il Məhərrəmlik mərasimləri ölkəmizdə keçirilib. Aşura günündə də izdihamın yaşandığını biz görürük. Artıq QMİ Məhərrəm ayı ilə bağlı fətva da verib. Dinimizin yanaşması da ondan ibarətdir ki, qan çıxarmaq, kəsici alətlərlə özünə xəsarət yetirmək qəbul edilmir. Əslində Aşura böyük bir şəhadət məktəbidir. İmam Hüseyn bizə öz şəhadəti ilə haqsızlığa qarşı mübarizəni öyrətdi. Onun əsas məqsədi və hədəfi ədalətin bərqərar olması idi. Ona görə də biz həmin dövrdə baş verən hadisələrə qiymət verməyi bacarmalıyıq. Artıq Azərbaycan bir nümunə yaradıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimiz üçün də dualar etməliyik. Onlar da İmam Hüseyn yolunu gedərək haqsızlığa qarşı mübarizə apardılar. Bugünlərdə onların xatirəsini uca tutmaq, yada salmaq bizim əsas borcumuzdur. Kərbəla hadisələrinin həqiqi mahiyyətini çatdırmaq görüləcək işlərdən ən vacibidir. Təəssüf ki, bir sıra hallarda məzhəblərarası qarşıdurma yaratmaq üçün istifadə edilir. Tarixən formalaşmış ixtilafın dərinləşdirilməsi üçün cəhdlər edilir. Bu, yolverilməzdir. Kərbəla hadisələrinin əsas mahiyyəti ədalətsizliyə qarşı mübarizə aparmaqdır. Heç zaman İmam Hüseyn və onun silahdaşları həqiqi müsəlmanlar arasında ixtilafın dərinləşməsində maraqlı olmayıblar. Kimsə bu günü qeyd etmək istəyirsə, məscidlərin nəzdində qan vermək üçün məkanlar ayrılıb. İnsanlar çox sayda xəstənin müalicə olmasına dəstək ola bilərlər. Mən də bu aksiyada iştirak edəcəyəm, əvvəllər də iştirak etmişəm, bu dəfə də öz həmrəyliyimi nümayiş etdirəcəyəm”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu bizimlə söhbətdə Aşura ilə bağlı həqiqətlərdən danışıb: “Aşura Həzrət İmam Hüseynin (ə) hakimiyyəti qəsb etmiş Yezid bin Muaviyəyə beyət tələbini rədd etməsi nəticəsində İmam Hüseyn (ə) və tərəfdarlarının Məhərrəm ayının 10-da Aşura günü (əşərə ərəbcə 10 deməkdir) Kərbəla çölündə amansızcasına qətlə yetirilməsi hadisəsidir. Bilindiyi kimi, bu hadisədən sonra islam tarixinə yeni anlayış, monarxiya gəlmiş və Əməvilər sülaləsinin hakimiyyəti davam edib. Bu hadisə İslam tarixində, ümumiyyətlə, insanlıq tarixində bitməyən xeyir-şər mübarizəsinin ən dəhşətli, eyni zamanda bariz bir örnəyidir. Bu hadisə həm mahiyyəti etibarilə İslam tarixində xüsusi yeri olub, eyni zamanda dünya tarixində ən qəddar hadisə kimi yer alıb. Həzrət Məhəmmədin (s) ailə üzvü, nəvəsi Həzrət Hüseynin (ə) hakimiyyət hərisliyi gözünü örtmüş bir qrup tərəfindən qətlə yetirilməsi sonradan təkcə Peyğəmbər (s) ailəsi deyil, bütün müsəlman dünyasında kədər və hüznlə qeyd olunub. Bu gün də dünyanın müxtəlif ölkələrində Məhərrəm ayı məclisləri keçirilir, Həzrət Hüseynin (ə) və tərəfdarları, ailəsinin amansızlıqla qətlə yetirilməsi yad edilir. Bu məclislər Məhəmməd Peyğəmbər (s) və Əhli Beytə (ə) ehtiram, eyni zamanda zorakılıq və ədalətsizliyə etirazdır. Azərbaycanda artıq min ildən çoxdur bu mərasimlər keçirilir. Azərbaycan ərazisində hansı hakimiyyət, siyasi və ya dini sistemin olmasından asılı olmayaraq bu məclislər keçirilib. Bu məclislər hansısa fərd və ya düşüncəyə qarşı deyil. Azərbaycanda həm çar Rusiyası, həm SSRİ,  həm müstəqillik illərində Aşura məclisləri keçirilib. Yalnız indi son 9 ildə hökumət bu məclislərlə bağlı qadağalar tətbiq edir. Düşünürəm ki, bu qadağanın ciddi əsası yoxdur”.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov da Aşura ilə bağlı xatirələrində bir sıra məqamlara toxunub: “Sovet dövründə, dinin qadağan olduğu zamanlarda Aşura günü məktəb yaşlı uşaqları məscidə buraxmamaq haqda göstəriş vardı. Oxuduğum 20 saylı məktəbdə Yasamal, Sovetski, Prospekt Nərimanov (indiki H. Cavid) uşaqları oxuyurdu. “Təzəpir” məscidi yaxın idi. Aşura günü müəllimlərə məscidin qabağında növbə çəkərək şagirdləri məscidə buraxmamaq tapşırılır və onları qruplara bölərək Aşura günü məscidlərə göndərirdilər. Əlbəttə ki, məscidlərin qabağında və ətrafında milislər də növbə çəkirdi. Hər il Aşuradan qabaq məscidə getməmək barədə bizlə məktəbdə söhbət aparilirdi. Hər il Aşura günü evdən mənə pul verir, aparıb məscidə nəzir verməyi tapşırardılar. Bizə yaxın olduğu üçün mən adətən nəziri “Göy” məscidə aparıb verər, evdəkilər və özüm üçün qara parça alıb gətirərdim. Din haqda bilgimiz bu qədər idi, bundan artıq bilməzdik. Atam da tapşırırdı ki, çox durma. Mərsiyə oxuyan, sinə vuranlara 5 dəqiqə baxıb gəlirdim. Məktəbli idim. Amma “Göy” məscidin qapısında duran milislər məni bir dəfə də olsun saxlamadılar. Qonşular,  iş yoldaşları, qohumlar bir-birinə halva, hədik, şərbət göndərirdilər. Bəziləri evində əsasən qadınlar üçün imam ehsanları açardı.  Çox ailələr Aşura günü TV, radio istifadə etməzdi.

Mən ilk dəfə namazı da elə Aşura günü qılmışam. Onda artıq universitetdə oxuyurdum, sovetin də son illəri idi. Mənim kimi başqaları da vardı o gün məsciddə. Beləcə, bəzi dəyərlər var ki, onları nə əsrlər, nə zaman, nə dost, nə düşmən, nə sülh, nə müharibə unutdurmağa, yaddaşlardan, genetik koddan çıxarmağa qadir deyil”.

Əvvəlki yazı

Deputat uşaqların Aşura mərasimlərinə aparılmasına qarşıdır

Sonrakı yazı

Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.