Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb.
Reportyor.info xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 56 nəfər evə buraxılıb və 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1 283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb.