Martın 10-da, saat 14-də sosial əlillər və əlil uşaqların valideynləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirəcək. Reportyor.info-ya verilən məlumata görə, əlillərə verilən müavinətlər və onlara baxmaq üçün verilən 50 manatın minimal istehlak səbəti ilə uyğunlaşdırılması tələb olunacaq. Bundan əlavə, aksiya iştirakçıları nazir Sahil Babayevlə görüş istəyəcəklər.