05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək- İDDİA

04 Aprel 2018, 17:58
Manşet
A A
Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək- İDDİA

Prezident seçkiləri yaxınlaşdıqca yeni hökumətdə yer almayacaq məmurlarla bağlı müzakirələr, hakimiyyət komandasında isə həyəcan artır. Bu müzakirələr zamanı bir çox məmurların adları hallandırılır.

Reportyor.info  xəbər verir ki, Yeni Müsavat qəzeti bunlardan birinin maliyyə naziri Samir Şərifov olduğunu yazıb.

Qəzet yazır ki, baş maliyyəçinin hakimiyyət daxilindəki mövqelərini laxladan əsas amil Beynəlxalq Bank olayıdır. Bu bankdan on milyardlarla manatın mənimsənilməsi üzə çıxan ilk dövrdə bütün günahlar İdarə Heyətinə rəhbərlik etmiş Cahangir Hacıyevin üzərinə yükləndi. Beləliklə də S.Şərifov Beynəlxalq Bankdakı prosesləri nəzarətdə saxlamalı olan əsas fiqur olaraq cəzadan yayına bildi. Lakin vaxt keçdikcə Beynəlxalq Bankdakı neqativ proseslər dayanmadı, bankın S.Şərifovun adamı kimi tanınan rəhbəri Elmar Məmmədovun dolların “qara bazarı”na rəhbərlik etdiyi aydınlaşdı. Maliyyə naziri bu dəfə də E.Məmmədovu qurban verməklə yaxasını kənara çəkə bildi.

Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək-

Lakin hətta bundan sonra da Beynəlxalq Bankın problemləri azalmadı, üstəlik, onun “Aqrarkredit”ə ötürülmüş aktivləri ilə bağlı problemlər meydana çıxmağa başladı. Bu dəfə S.Şərifov özünü kənarda saxlaya bilmədi. Belə ki, bir neçə həftə əvvəl Beynəlxalq Banka nəzarət faktiki olaraq onun əlindən alınıb, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümova verildi. Bununla da bankın beynəlxalq aləmdə təmiz reputasiyaya malik Dövlət Neft Fondunun nəzarətinə verilməsi təmin edilmiş oldu. Bu, eyni zamanda S.Şərifova olan inamın minimuma endiyinin göstəricisi sayıla bilər: özəlləşmə ərəfəsində olan Beynəlxalq Bankda yeni problemlərin meydana çıxması heç kimə sərf etmir, hökumətə xüsusilə. Bu addım həm də 11 apreldən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacaq məmurlardan birinin S.Şərifov olması ehtimalını artırır.

İddiaya görə, seçkidən sonra tutduğu kreslo ilə vidalaşacaq daha bir məmur baş bankir Elman Rüstəmov ola bilər. Mərkəzi Bank rəhbərinin limiti çoxdan tükənib desək, yanılmarıq. Neft gəlirlərinin böyük axını olduğu illərdə toplanan 18 milyard dollar valyuta ehtiyatının bir ilin içində 4 milyard dollaradək azalması, ölkənin bank sektorunun ağır böhrana düşməsi, banklarda irihəcmli mənimsəmə hallarının aşkarlanması bu sektora nəzarəti həyata keçirən əsas qurum olaraq Mərkəzi Bankı və onun rəhbərini diqqət mərkəzinə gətirdi. Xüsusilə bankların bir çoxunda irihəcmli kreditlərin qaydalara zidd olaraq girov təminatı olmadan, əksər hallarda da bank rəhbərlərinin yaxınlarına paylanması, nəticədə problemli kreditlərin bütövlükdə bank sektorunun ayağında buxova çevrilməsi E.Rüstəmova olan etimadı minimuma endirdi.

Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək-

Buna görə də ölkədə yeni qurum – Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və baş bankirin banklarla bağlı səlahiyyətlərinin çoxu ona verildi. Son zamanlarsa E.Rüstəmovun xaricdə biznesinin olduğuna dair məlumatlar yayılmaqdadır. Onun Gürcüstanda tikinti biznesinin olduğu, hətta devalvasiyadan az əvvəl bu biznes üçün Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyü deyilir. E.Rüstəmov bu məlumatlarla bağlı hər hansı açıqlama vermir ki, bu da onların reallıq payını artırmış olur.

Vəzifəsini itirəcək daha bir məmur olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının adı hallanmaqdadır. Qeyd edək ki, Palataya rəhbər təyin olunduğu ilk dövrlərdə R.Aslanlıya etimad kifayət qədər böyük idi – hansı təkliflə çıxış edirdisə, dərhal icra olunurdu.

Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək-

Onun təklifləri əsasında bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər edildi, Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqları genişləndirildi. Bütün bunlardan sonra gözlənilirdi ki, əlində böyük səlahiyyətlər cəmləyən Palata bank sektorunu düşdüyü böhrandan çıxarmaq üçün real hərəkətə keçəcək. Lakin aylar ötdükcə məlum oldu ki, R.Aslanlı əldə etdiyi səlahiyyətlərdən bank sektorunun xeyrinə istifadə etmək niyyətində deyil.

“StandardBank” kimi iri bankla bağlı 3 ayda iki bir-birinə zidd qərarın qəbul olunması, yüz milyonlarla manat vəsaitin mənimsənilməsinə göz yumulması, bağlanan bankların kreditorlarına ödənişlərlə bağlı ciddi pozuntulara yol verilməsi kimi faktlar R.Aslanlıya olan etimadı minimuma endirdi. Təsadüfi deyil ki, artıq bir ilə yaxındır Palatada bütün səlahiyyətlər faktiki olaraq icraçı direktor İbrahim Alışova verilib. Bu gün R.Aslanlının deyil, quruma məhz onun rəhbərlik etdiyini artıq hamı görməkdədir. Böyük ehtimalla, seçkilərdən sonra R.Aslanlının Palatadakı formal rəhbərliyi də başa çatacaq…

Əvvəlki yazı

“Sərdar Cəlaloğlu PA-dan ayda 10 min dollar alır”- QALMAQAL

Sonrakı yazı

Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb- FOTOLAR

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.