05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

01 Sentyabr 2025, 13:30
İqtisadiyyat
A A
Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

– İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri

– İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.

– İnvestisiya layihəsinin istiqaməti: (bağçılıq və heyvandarlıq);

– Ərizə qəbulunun başlanma vaxtı: (1 sentyabr, 2025-ci il, saat 09.00)

– Ərizə qəbulunun bitmə vaxtı: (15 oktyabr, 2025-ci il saat 18.00)

– Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az)

– Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):

– layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları)

– satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);

– məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;

– layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;

– istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);

– layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);

– layihə üzrə risklərin qiymətləndirilməsi;

– layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;

Qeyd: Bağçılıq sahəsi üzrə təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir.

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlamalıdır:

– İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;

– hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

– ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;

– ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;

– ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında – maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə etməklə);

– müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən sənəd;

İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və elektron poçt ünvanı;

AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 

Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14

Elektron poçt: web@agro.gov.az

Fax: (012) 498-64-49

Müsabiqədə iştirak haqqının məbləği: hər iştirak üzrə 50 manat

Müsabiqədə iştirak haqqının köçürüləcəyi müvafiq bank hesabı:

Adı/Name:  Dövlət Xəzinədarlıq Agentliyi

Kod/Code: 210005

VÖEN/İNT: 1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)

VÖEN/İNT: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT/ SWİFT: CTREAZ22

Hesab №/Account № AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)

Büdcə səviyyəsi kodu: 7

Büdcə təsnifatı kodu: 142330

Əvvəlki yazı

Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

Sonrakı yazı

Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.