Gorusun Qaraunc kəndinin 30 hektarlıq əkin sahələri və bağları Azərbaycanın nəzarətinə keçib.
Reportyor.info xəbər verir ki, bu haqda jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında yazıb. O bunu erməni mənbələrinin iddia etdiyini bildirib.
Həmin mənbələrin iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın şifahi razılaşması sayəsində Gorusun Qaraunc kəndinin 30 hektarlıq əkin sahələri və bağları Azərbaycanın nəzarətinə keçib.
Qeyd edək ki, 10 noyabrda iki tərəf arasında imzalanmış bəyanata əsasən sərhədlərin yenidən müəyyənləşməsi davam edir. Bundan əlavə daha 20 məntəqə ilə bağlı mübahisəli ərazilər mövcuddur. Buraya Qazaxın işğal altında olan kəndləri də daxildir.