09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Britaniya ştammı daha ölümcüldür – Azərbaycanlı alimdən xəbərdarlıq

18 Mart 2021, 12:08
Cəmiyyət, Sosial
A A
Britaniya ştammı daha ölümcüldür – Azərbaycanlı alimdən xəbərdarlıq
“Koronavirsun (COVID-19) Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, öldürücülük faizinin də yüksəkliyi təsdiq edib”.
Reportyor.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib:

“Yoluxdurma əmsalının SARS-CoV-2-nin yoluxdurma əmsalından 35 % daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü.
Hətta ilk tədqiqatlarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsi səbəb ola bilər. Amma təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu təsdiqləyib.
Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır”.
Həkim bildirib ki, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb:
“Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6 faizdən 0,9 %-ə qalxıb. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 %-dən 0,14 %-ə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 %-dən 7,2 %-ə qalxmasına rast gəlinib. Yəni risk təxminən 53 % artıb. 85 yaşdan yuxarılarda isə ölüm riski 16,7 %-dən 24,3 %-ə qalxıb.
Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş artdıqca ölüm riski dəfələrlə çoxalır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64 % qalxmasını görürük.
Artıq bu rəqəmlərlə vəziyyətin bütün dünyada, o cümlədən Azərbaycanda da nə qədər ciddi olduğu müşahidə olunmaqdadır. Bunlar mənim, eləcə də bir çox alimlərin gözləmədiyi, amma reallığı əks etdirən faktlardır. Burada artıq kimin inanıb-inanmadığının və ya nələr danışdığının önəmi yoxdur.
Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 % yüksəlmiş virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha təhlükəlidir. Bu da xüsusən də Azərbaycan üçün heç xoşa gələn xəbərlər deyil”.
Azərbaycanlı alim bu səbəbdən əhaliyə müraciət edərək bildirib ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidir:
“Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər”.
“Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu cür elmi tədqiqatların bu qədər statistik dəqiqliklə aparılması hər bir ölkədə, hətta bu gün Almaniyada da aparılması sadə deyil. Bu cür tədqiqatların nəticələrini zamanında bilmək və bu səviyyədə tədqiqatları icra edərək pandemiya ilə üst səviyyədə mübarizə aparmaq Azərbaycanın da səhiyyə siyasətinin məqsədi olmalıdır. Çünki Azərbaycanda bunu etməyə kifayət qədər potensial var”, – deyə tibb elmləri doktoru qeyd edib.
Alim təəssüf hissi və ciddi narahatlıqla deyib ki, bir neçə ay öncə bir çox elm adamlarının inanmadığı, faciə törədəcək məsələ dörd elmi tədqiqatla öz təsdiqini tapdı:
“Bu cür elmi tədqiqatlar çox incə elmi məqamlar nəzərə alınaraq dəqiq statistik hesablamalarla aparılıb. Tədqiqatlar İngiltərənin “London School for Hygiene and Tropical Medicine” və Danimarkanın “Nature”, “British Medical Journal” kimi nüfuzlu jurnallarında çap edilib. Bu gün aktiv şəkildə elmlə məşğul olan biri kimi deyə bilərəm ki, bu cür elmi tədqiqatlar səviyyəsində elmi məqalə hazır etmək Almaniya sistemində sadə məsələ deyil. Elm adına böyük uğurdur ki, bu nəticələri əldə etmək olur və bizlər də bundan mütləq yararlanmalıyıq.
Azərbaycanda da Britaniya mutantlarının artıq yayıldığına əminəm və bu, çox ciddi şəkildə narahat olmağa səbəbdir. Ölüm riskinin neçə faiz artmasını dəqiq qeyd etmişəm. Bunu başa düşən hər kəs bu mərhələdə canlı ünsiyyətlərin minimuma endirilməsi üçün əlindən gələni etməlidir və peyvəndləmə prosesi mütləq şəkildə sürətləndirilməlidir”.
Qeyd edək ki, koronavirusun yeni növü olan Britaniya ştammının Azərbaycanda tapılması ehtimal edilir. Lakin bu, rəsmi qaydada təsdiqlənməyib.
Əvvəlki yazı

Dumanlı hava nə vaxtadək davam edəcək?

Sonrakı yazı

Hulusi Akar: “Qarabağdakı qardaşlarımızı dəstəkləməyə davam edirik”

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.