10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Moskvanı hədələdi:”Biz Rusiyada sabitliyi pozmaq istəmirik…”

04 Dekabr 2018, 13:53
Manşet
A A
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Moskvanı hədələdi:”Biz Rusiyada sabitliyi pozmaq istəmirik…”

Britaniya xarici kəşfiyyatının rəhbəri Kremlə xəbərdarlıq edərək onu pensiyada olan keçmiş ikili agentə kimyəvi maddə ilə hücumun ardınca Qərbin qüvvəsini qədərincə qiymətləndirməməkdən çəkinməyə çağırıb.

MI6 kimi tanınan Məxfi Kəşfiyyat Xidmətinin (SIS) başçısı Aleks Younger bu bəyanatı dekabrın 3-də çox nadir çıxışlarından biri zamanı verib. O bildirib ki, Rusiya Britaniya və Qərblə daimi qarşıdurma vəziyyətindədir.

Britaniya Rusiyanı keçmiş ikili agent Sergey Skripal və onun qızı Yulianın Noviçok adlı hərbi təyinatlı kimyəvi maddə ilə zəhərləməkdə ittiham edir.

Rusiya bu hücumun arxasında onun casuslarının dayandığını dəfələrlə inkar edib və Britaniya kəşfiyyat orqanlarını anti-Rusiya qaraqışqırığında günahlandırıb. Ötən iyun ayında daha iki Britaniya vətəndaşı Noviçok maddəsi ilə təmasda olmuş və onlardan biri, Daun Sturges vəfat etmişdi.

Şotlandiyadakı St. Andrevs Universitetində tələbələr qarşısında çıxış edən Younger deyib ki, Rusiya Britaniya torpağında hərbi təyinatlı kimyəvi silahdan istifadə edib:

“Bizim niyyətimiz budur ki, Rusiya dövləti belə fəaliyyətin onun fikrincə gətirdiyi bütün mənfəətlərə baxmayaraq gedilən riskə dəymədiyini dərk etsin”.

Younger Rusiyaya və “bizim həyat tərzimizi dəyişmək niyyətində” olan başqa ölkələrə “bizim və müttəfiqlərimizin qətiyyət və qabiliyyətini lazımınca qiymətləndirməməkdən” çəkinməyə çağırıb. Younger onu da qeyd edib ki, Solsberi şəhərində Noviçokdan istifadənin ardınca Britaniya və onun müttəfiqlərinin Rusiya diplomatlarını qovması Rusiya kəşfiyyatının imkanlarını azaldıb:

“Rusiya dövləti ölkəmizi stabilsizləşdirmək istəsə də, biz Rusiyanın sabitliyini pozmaq istəmirik. Biz eskalasiya axtarmırıq”.

Rusiyanın Londondakı səfirliyi Youngerin əsassız iddialarını rədd edib və bildirib ki, məqsəd Brityaniya cəmiyyətində saxta qorxu və inamsızlıq ab-havasının yaradılmasıdır: “Əslində Rusiya ilə daimi qarşıdurmada olan və bu təşəbbüsdə bulunan rəsmi London-un özüdür”.

MI6 başçısı habelə Britaniya kəşfiyyatının özünü İslam Dövləti adlandıran təşkilatın çoxsaylı qəsdlərinin qarşısını aldığını deyib. O bildirib ki, London, ölkənin Avropa İttifaqını tərk etmək qərarına baxmayaraq terror təhlükəsinin qarşısını almaqda bundan sonra da avropalı həmkarları ilə iş birliyində olacaq.

Bu arada, ötən həftə Britaniyanın müdafiə naziri Gavin Villiamson ictimaiyyəti şübhəli hesab etdikləri adamlar barədə məlumat verməyə çağırmışdı. Bundan əvvəl Rusiya dövlət telekanalının çəkliliş qrupu son dərəcə məxfi hərbi obyektin yaxınlığında saxlanmışdı.

Villiamson oktyabr ayında Rusiyanı xatakar dövlət adlandırmış və demişdi ki, Moskvanın məsuliyyətsiz və düşüncəsiz hücumları onun beynəlxalq icmada təcrid olunmasına gətirib çıxarıb.

Bundan bir ay əvvəl mətbuata müsahibələrindən birində Britaniya ordusunun baş komandanı general Mark Karleton-Smit Rusiyanın Britaniya üçün İslam Dövləti kimi islamçı terror təşkilatlarından daha böyük təhlükə təşkil etdiyini demişdi.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Bakıda polis əməkdaşları dəm qazından boğulan bir ailəni xilas etdi –Təfərrüat + FOTO

Sonrakı yazı

Azərbaycanda məktəblər sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.