Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.
Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin verdiyi xəbərə görə, bu barədə nazir Dominik Raab bildirib.
“Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”, – deyə Xarici İşlər naziri qeyd edib.