DÇ-2022-nin 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
“Reportyor” xəbər verir ki, Braziliya Cənubi Koreya ilə qarşılaşıb. Sambaçılar oyunun taleyini ilk hissədə 4 cavabsız qol vurmaqla həll ediblər. Asiya təmsilçisi fasilədən sonra bu qollardan birinin əvəzini çıxsa da, bundan artığını bacarmayıb.
1/4 finala yüksələn Braziliya millisi bu mərhələdə Xorvatiya ilə qarşılaşacaq.