Braziliya Liqasının 8-ci həftəsində “Flamenqo” və “Kruzeyro” komandaları üz-üzə gəlib.
class=”medianet-inline-adv”>
D-Smart ekranlarında canlı yayımlanan matçın başlamasından sonra meydanda olan bütün oyunçular və hakimlər İspaniyada irqçi hücumlara məruz qalan Vinisius Junior üçün oturma hərəkəti edərək braziliyalı ulduza dəstək olublar.
Kruzeyro matçın 6-cı dəqiqəsində Marlonun qolu ilə 1-0 önə keçib. Flamenqo 33-cü dəqiqədə Ayrton Lukasın qolu ilə tarazlığı gətirdi. Matçdan sonra daha qol səsi eşidilməyib və hər iki komanda meydanı bir xalla tərk edib.