10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Böyük şahmat taxtasında kiçik Ermənistanın oyunu – 11 aprel döyüşlərinin gizlinləri

12 Aprel 2023, 12:48
Manşet, Banner
A A
Böyük şahmat taxtasında kiçik Ermənistanın oyunu – 11 aprel döyüşlərinin gizlinləri

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində atəşkəs pozulub və sərhəddə gərginlik başlayıb. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altında olsa da, şəhid və yaralılarımız var.

Nə baş verir?

Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Xüsusilə xarici ölkələrin dəstəyini alan və davamlı surətdə silahlanan Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi sonrası regionda yaranan yeni reallıqları dəyişmək üçün bütün yollara əl atır.

Son zamanlar xüsusilə Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüsləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi diqqətçəkən amillərdir.

Görünür, həm də Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Təxribatın lokal xarakterli olması və qısa zamanda qarşısının alınması da bunu təsdiqləyir. Burdan da görünür ki, rəsmi İrəvanın məqsədi heç də mövqelərimizi ələ keçirmək deyil, ordumuzu təxribata çəkərək gərginliyi Ermənistan ərazisinə daşımaqdır. Bununla İrəvan Azərbaycanı Avropa İttifaqı missiyasına “şikayət etməyi” planlaşdırır. Bu mənada bənzər təxribatların təkrarlanması istisna deyil.

Ermənistana kim dəstək verir?

Son təxribatların ardında hansısa ölkə və ya ölkələrin olması mümkündür. İlkin ehtimal kimi iki ölkənin – Fransa və İranın adını çəkmək olar. Məsələ ondadır ki, rəsmi Paris Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən aparıcı ölkədir. Fransa Ermənistanı hər vəchlə Azərbaycanla gərginliyə sürükləyir, siyasi, maliyyə və hərbi dəstəyini də əsirgəmir. 44 günlük müharibə zamanı da Parisin bu formada Ermənistana dəstək verdiyi bəllidir.

İrana gəldikdə isə Tehranın gərginlik başlayan andan Azərbaycanla sərhəddə kəşfiyyat PUA-larını qaldırması son təxribatların pərdəarxasında həm də bu ölkənin olması ehtimallarını yüksəldir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir.

Məsələ ondadır ki, kəşfiyyat PUA-larının havaya qalxmasının Azərbaycan Ordusunun əməliyyat şəraiti ilə bağlı Ermənistana məlumat vermək məqsədi daşıdığı şübhəsizdir. Təsadüfi deyil ki, Tehran bənzər dəstəyi 44 günlük müharibə zamanı da etmişdir.

Nəticə etibarilə demək olar ki, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Fransa isə situasiyadan istifadə edərək Ermənistandakı mövqelərini möhkəmlətməyə çalışır.

Bakının cavab tədbirləri

Azərbaycan tərəfi hələlik təmkinli davranır və mövcud geosiyasi vəziyyəti nəzərə alır. Xüsusilə də Türkiyədə seçkilər öncəsi olması, İsraillə Fələstin arasında gərginliyin yenidən alovlanması, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması və s. kimi geosiyasi faktorlar Bakının diqqət mərkəzindədir.

Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə qələbə qazanmamızda ən böyük paylardan biri də şübhəsiz geosiyasi vəziyyətin nəzərə alınması və vaxtın düzgün seçilməsi idi. Şərtlər böyük ölçüdə lehimizə keçmədən Ermənistan təxribatlarına uymaq və genişmiqyaslı əməliyyatlara başlamaq məqsədəuyğun deyil.

Bununla belə rəsmi Bakının Ermənistanın təxribatlarına cavabsız qalmayacağı bəllidir. Təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan da Ermənistana adekvat cavab zərbələri vura bilər. Genişmiqyaslı bir toqquşma gözlənilməsə də, vaxtaşırı bu tip lokal gərginliyin olması mümkündür.

Əvvəlki yazı

İlham Əliyev: Ermənistan dünən sərhəddə insidenti məqsədyönlü şəkildə törədib

Sonrakı yazı

Səudiyyə Ərəbistanında salam – Dünya Xəbərləri

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.