28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BÖYÜK OYUNUN SİRLƏRİ:İran qonşu Omanda ABŞ-ın hərbi qüdrətinə nə üçün səssiz qalır?

11 Aprel 2019, 18:21
Cəmiyyət
A A
BÖYÜK OYUNUN SİRLƏRİ:İran qonşu Omanda ABŞ-ın hərbi qüdrətinə nə üçün səssiz qalır?

Möhsün Şəriətiniya

“Əl-Monitor”, 10.04.2019

 

ABŞ strateji qüvvələrinə Omanın Duqm və Sələlə limanlarından istifadə etmək imkan verən Vaşinqton və Məsqət arasında hərbi razılaşma Birləşmiş Ştatların İrana qarşı təzyiqi kontekstində geniş şərh edilib. Ancaq İranın niyə müqaviləyə təpki vermədiyinə təəccüb edənlər çoxluqdadır.

İki, xüsusilə də Duqm limanına çıxış Vaşinqton və Tehranın qarşıdurma mövqeyində olmadığı bir sahədə – Hind-Sakit okean bölgəsində öz strategiyalarını inkişaf etdirmək üçün Birləşmiş Ştatların əsas məqsədidir. Hətta tərəflərin maraqları bəzən bu məkanda birləşə bilər.

ABŞ-İran strateji rəqabəti əsasən dəniz hədəfləri deyil, torpaq üzərində formalaşıb. Beləliklə, Fars körfəzində və Hind okeanının şimalında iki tərəf arasında qarşıdurma məhduddur. Bununla yanaşı, İrana qarşı sanksiyaların yenidən qüvvəyə minməsi prosesində Tramp administrasiyası İran xam neftinin dənizlə nəqlinə yox, İranın neft müştərilərinə təzyiq göstərmək yolu tutub.

Digər tərəfdən, Tehran Hörmüz boğazını bağlamaq təhdidi səsləndirib. Həm İran, həm də ABŞ strateji boğazda düşmənçilikdən yaranan riskləri, o cümlədən gündəlik 17 milyon barel xam neft nəqlinin pozulacağını başa düşür. Buna görə də, son iki ildə Fars körfəzi strateji rəqabətində olduqca ehtiyatlı davranırlar.

Eyni zamanda, orada mühüm oyunçuların hərbi mövcudluğu son illərdə əhəmiyyətli dəyişikliklərə şahid olmayıb, yəni ABŞ-ın Duqm limanına çıxışı Hörmüz boğazında ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. Əlavə olaraq, Vaşinqton və Məsqət arasında onilliklərlə davam edən ittifaq və əməkdaşlıq nəzərə alınmaqla, Omanın regionda Birləşmiş Ştatlara logistik yardım göstərməsi yenilik deyil.

Bununla belə, Oman limanlarına çıxış əhəmiyyəti logistikanı və Vaşinqton üçün Hind okeanında böyük bir oyunu nəzərdə tutur.

XXI əsrdə dünyanın ən böyük strateji bölgələrindən biri olan Hind-Sakit okean regionunun əhəmiyyəti Çin və ABŞ arasında rəqabətə səbəb olub. Bu, Çinin 21-ci Əsrin Dəniz İpək Yolu və ya “İnci sapı” kimi təsvir olunan və ABŞ-ın müftə və açıq Hind-Sakit okean kimi iki geniş strategiyası şəklində ortaya çıxıb. Hər iki siyasət tərəflərin bölgədəki limanları əlçatan etmək üçün hərbi taktikasına xidmət edir.

Həmin müsabiqədə Hind okeanının şimalındakı Duqm, Çabahar və Qvadar limanları da geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Bölgə son illərdə Omanla əlaqələri genişləndirmək və Duqmda mövcud 10 milyard dollarlıq sərmayəyə potensialı olan iddialı bir sənaye parkı vasitəsilə mövcudluğunu artırmaq üçün Çinin iştahasına şahid olur. Çin, həmçinin Pakistanın Qvadar limanında mühüm oyunçuya çevrilib.

Ancaq Çin rəqibsiz deyil. Duqm limanı ilə bağlı Pekinlə strateji rəqabətdə geridə qalmamağa çalışan Dehli keçən il Oman hökuməti ilə müqavilə imzalayaraq, getdikcə daha çox mürəkkəbləşən təhlükəsizlik hesablamalarında öz statusunu qoruyub saxlamağa doğru bir addım atıb.

Bu, rəsmi Məsqətin beynəlxalq oyunçularla imzaladığı yeganə hərbi razılaşma sayıla bilməz. Keçən ilin fevral ayında Birləşmiş Krallıq da öz təyyarə daşıyıcıları üçün Duqm limanına dair bənzər bir müqavilə bağlayıb. Bu, İngiltərənin Hind okeanına qayıdışı məqsədilə başlanğıc nöqtəsidir.

2007-ci ildə ABŞ-ın müttəfiqi Yaponiya limanının inkişafına kömək etmək üçün Oman hökumətinə 660 milyon dollar həcmində kredit verib. Rəsmi Tokio da Hind-Sakit okean siyasətində strateji mövqeyə malikdir.

Daha sonra Yaponiya limanı daha da inkişaf etdirmək üçün Hindistanla tərəfdaşlıq sazişi imzalayıb.

Cənubi Koreya, ABŞ-ın digər əsas regional dostu da limanda məhdud hərbi varlığını saxlayır.

Nəticədə, Birləşmiş Ştatlar və müttəfiqlərinin limanda artan payı, regional güc kimi İrana qarşı çıxmaq yerinə, daha çox Çinin artan təsirini balanslaşdırmaq məqsəditək görünür.

İran bu strateji rəqabətə açıq şəkildə daxil olmayıb. Ancaq iki ABŞ müttəfiqi – Hindistan və Əfqanıstanla öz Çabahar limanında regional əməkdaşlığı inkişaf etdirir. Bununla yanaşı, Tramp administrasiyası İranın Çabahardakı inkişaf layihələrinə sanksiya qoymaqdan imtina edib.

ABŞ-ın 2018-ci ilin may ayında nüvə sazişindən çıxmasının ardınca Çabahar beynəlxalq oyunçuların iştirakı ilə İranın əhəmiyyətli, yeganə irəliləyən layihəsi olaraq qalıb.

Rəsmi Dehli üçün də o, aparıcı rol oynadığı, Hindistan sərhədləri xaricində ilk meqalayihəsidir. Əslində, İran limanında olan layihə Hindistana Əfqanıstana çıxış imkanı verib və Hindistanı Orta Asiya və Rusiyanı birləşdirərək, Pakistanın Kəraçi limanından Kabilin asılılığını azaldıb. Həmçinin, Hind okeanında İran-Hindistan hərbi əməkdaşlığını təmin edib.

Ümumən İran Hind-Sakit okean bölgəsində bu həqiqi rəqabət şəraitində Hindistanın tərəfindədir. Çünki Omanı Duqm və İranın Çabahar limanları oxşar statusdadır. İran Çabaharda üçtərəfli əməkdaşlığı strateji-hərbi deyil, iqtisadi layihə olaraq təqdim etməyə təşəbbüs göstərsə də, belə bir əməkdaşlığın gələcəyi böyük Hind-Sakit okean rəqabətinin həyata keçirilməsi yolu ilə həll olunacaq.

Ancaq strateji olaraq, Duqm və Çabahar mövcud vəziyyətdə Pekinə qarşıdır. Rəsmi Dehli və Vaşinqton isə Pekini dayandırmağa çalışırlar.

Tərcümə: Strateq.az

 

Əvvəlki yazı

Media rəhbərləri Elinaya görə bir araya gəldi

Sonrakı yazı

Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz bəyanat:”Bizim münasibətdə heç bir şərtimiz yoxdur”

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.