FRANSIZIN AFP xəbər agentliyi son vaxtlar münaqişələrin intensivləşdiyi Bəhmut bölgəsində çalışan işçilərindən birinin Ukraynada dünyasını dəyişdiyini açıqlayıb. Bosniya müharibəsi qaçqını və Fransa vətəndaşı olan 32 yaşlı Arman Soldin adlı jurnalist raket zərbəsi nəticəsində həlak olub. Soldinin bölgədəki 5 nəfərlik AFP qrupunun video koordinatoru vəzifəsində çalışdığı, komandadakı digər AFP müxbirlərinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
KEÇEN HƏFTƏ ÇƏTİN OLDU
Sarayevo əsilli jurnalist 1992-ci ildə Bosniya müharibəsinin başlamasından sonra bir yaşında Fransaya təxliyə edilib. 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan sonra könüllü olaraq cəbhə xəttində işləməyə başlayan Voldin döyüş bölgəsinə gedən ilk jurnalistlərdən biri olub. Ötən fevral ayında sosial media hesabında Ukraynaya gəlişinin “həyatını dəyişdiyini” yazan Soldin bir müddətdir ki, Bəhmut bölgəsindəki münaqişələri izləyirdi. Arman Soldin ötən həftə ukraynalı əsgərlərin cəbhədə səngər qazması xəbərini işıqlandırarkən yanındakı raket hücumundan sağ çıxıb. Özü də gənc yaşlarında müharibədən qaçan Arman Soldin əvvəlki paylaşımlarında qaçqın əhvalatlarının ona çox təsir etdiyini yazıb.
‘MÜHARİBƏ CİNAYƏTİNİN’ ARAŞTIRILMASI
Fransa prezidenti Emmanuel Makron sosial media hesabından verdiyi açıqlamada “Arman Soldin qarşıdurmanın ilk saatlarından cəsarətlə cəbhədə olub həqiqəti ortaya çıxarıb bizə məlumat verdi” deyib. Fransada prokurorluq Soldinin ölümü ilə bağlı “müharibə cinayəti təhqiqatı”na başlanıldığını açıqlayıb. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri baş verən qarşıdurmalarda azı 17 media rəsmisi həlak olub.
class=”medianet-inline-adv”>