20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir – Azərbaycanda – VİDEO+FOTO

27 İyun 2018, 08:44
Cəmiyyət
A A
Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir – Azərbaycanda – VİDEO+FOTO

Lerik sakini Mirtəmən Sadoqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxır, kömək üçün prezidentə və dövlət orqanlarına müraciət edir. Virtualaz.org xəbər verir ki, çarəsiz ata “Kanal 1” internet televiziyasına müraciət edərək azyaşlı qızının anası tərəfindən ərə verilməsinin qarşısının alınması üçün prezident İlham Əliyevdən, dövlət orqanlarından kömək istəyib.

“Mən prezidentə inanıram. Öz hökümətimə inanıram, xahiş edirəm toyun qarşısını alsınlar. Uşaqlar sığınacağa yerləşdirilsin”,- Sadıqov müraciətində deyir.

Atanın sözlərinə görə, keçmiş həyat yoldaşı Məmmədova Əminə uşaqlarını ondan gizlədir: “Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı? Qızlarımın adı Leyla, Nüşabə, Aytən və Yeganədir”.

M.Sadıqov deyir ki,hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata hər şeyi açıq danışmaq istəmir. Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa dövlət orqanlarına izahat verməyə hazırdır.

“Uşaqlarımı gizlədə və ya başına bir iş gətirə bilərlər. Mən kemiş həyat yoldaşımdan hər şey gözləyirəm. 14 yaşı qızı ərə vermək olmaz. Mən uşaqların oxmasını istəyirdm. Uşaqlarımı gizlədə və ya öldürə bilərlər”, -ata söyləyib.

M.Sadıqov bildirir ki, qızlarından biri dayısına verilib, onun evində uşaqlarına qulluq edir: “Qızlarım başqalarına nökərçilik edir. Ana isə gündüzlər evdə olmur, işləməyə, gəzməyə gedir, axşamtərəfi evə gəlir”.

Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir - Azərbaycanda - VİDEO+FOTO

M.Sadıqovun bildirdiyiə görə hazırda keçmiş həyat yoldaşı qızları ilə birgə Türkan bağlarında qalır. Əminə Türkandakı 5-ci südçülük savxozunda fəhlə işləyir.

Virtualaz.org saytı azyaşlının ərə verilməsi faktının qanunla qadağan edilən və cinayət məsuliyyəti yaradan əmək olduğunu nəzərə alaraq bu məsələni araşdırıblar, M.Sadıqovla telefon əlaqəsi saxlayıblar. Sadıqov videomüraciətində dediklərini bir daha təsdiqləyib. Onun sözlərinə görə, 1-i oğlan, 9 qız olmaqla 10 uşaq atasıdır. Qızları təhsil almayıb, oğlu isə hazırda hərbi xidmətdədir. Keçən il həyat yoldaşı ilə ayrılıb, bundan sonra uşaqlarını yalnız 1-2 dəfə görə bilib.

“Ərə verilən Leyla 7-ci övladımdır. Mən onun toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam. 2004-cü ilin mayında doğulub. Anası ilə birgə fermada işləyir. Ərə getdiyi Arzuman adlı oğlan da fermada onunla birgə işləyib”, -ata danışır.

Bakıda fəhləliklə məşğul olan Sadıqov uşaqlarının oxutmağa imkanı olmadığını etiraf edir. Deyir ki, azyaşlı uşaqları anaları ilə birgə fəhləlik edirlər. Toy isə iyulun 1-də Hövsandakı “Sahil” şadlıq sarayında keçiriləcək.

M. Sadıqov deyir ki, dəfələrlə keçmiş həyat yoldaşı Əminə Məmmədova ilə danışmağa çalışsa da, o görüşmək istəmədiyini deyib. Nəinki özü görüşməyib, həmçinin uşaqları da ondan gizlədilib. 10 uşaq atası olan Lerik sakini niyə boşandığı haqda danışmayıb.

M. Sadıqov deyir ki, qızlarla əvvəl görüşüb və uşaqlar dərdlərini ona danışıblar. Amma sonradan Ə. Məmmədova onu uşaqlara və özünə yaxınlaşacağı təqdirdə özünü öldürəcəyi ilə qorxudub.

“Elə şeylər var ki, mətbuata danışa bilmirəm, amma əgər polis araşdırsa, hamısını danışaram. Biz bir il əvvəl boşanmışıq və o, qızlarım Leyla, Nüşabə, Aytən və Yeganəni götürərək atasının evinə gedib. Uşaqlar indiyə kimi məktəb üzü görməyiblər,mən dəfələrlə Əminəyə demişdim ki, gəl bunları məktəbə qoyaq təhsil alsınlar. Amma mənə qulaq asmadı, onların hərəsini aparıb bir qohumun evinə qoydu, hamı da onları nökər kimi saxlayır. Birinə qardaşı baxır, o birilər fermadadırlar. Qızı ona görə ərə vermək istəyir ki, ona mane olmasın, sərbəst olsun. Mənim qızım uşaqdı, özü də ərə getmək istəmir”, – deyə ata bildirir.

Azyaşlının toyunun təyin olunduğu şadlıq sayarından iyulun 1-də “cənub bölgəsindən olan bəylə gəlinin” toy üçün yer sifariş verildiyini təsdiqləyiblər. Amma bəy və gəlinin adını deməyiblər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən bildiriblər ki, müvafiq qərar verilsə uşaqlar sığınacağa yerləşdirilə bilər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə deyib ki, faktla bağlı araşdırma aparacaqlar. “Biz hüquq müdafiəçiləri də daxil olmaqla azyaşlılarla iş üzrə dövlət komissiyasını toya dəvət edirik. Hamılıqla iştirak edək”, -Ağazadə ironiya ilə söyləyib. Onun sözlərinə görə, uşaqlar valideynlərdən alınaraq sığınacağa yerləşdirməli, təhsilə cəlb edilməlidir. Sabahdan bunun üçün bütün qurumlara müraciət edəcək.

Suraxanı Polis İdarəsindən isə deyiblər ki, onlara azyaşlının toyu ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Əvvəlki yazı

Dövlət başçısı Tanrını “axmaq” adlandırdı, ölkə ayağa qalxdı…

Sonrakı yazı

Çingiz Qənizadə AŞPA-nın Hüquq və İnsan haqları komitəsinə üzv seçildi

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.