Avropa İttifaqı (Aİ) “Şimal axını” qaz kəmərlərində baş vermiş qəzaların araşdırılması üçün aparılan istənilən araşdırmanı dəstəkləyəcək.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib. “Əldə olan məlumatlar ona işarə edir ki, “Simal axını” və “Simal axını-2” qaz kəmərlərində qeyd alınmış sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”, – Borrelin 28 sentyabrda verdiyi bəyanatda deyilir.