Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Baş nazirin COVID-19 testi pozitiv çıxıb.
Məlumata görə, Baş nazir vəzifəsinin icrasını karantin vəziyyətində davam etdirəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb.