08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Boltonun varisi kimdir? – Tramp 5 namizədi gizlədir

12 Sentyabr 2019, 10:31
Dünya, Manşet
A A
Boltonun varisi kimdir? – Tramp 5 namizədi gizlədir

Nahal Tusi

“Politico”, 11.09.2019

 

Milli təhlükəsizlik müşaviri kimi Con Boltonu əvəzləyəcəkçək, səfirlərdən, hərbçilərdən tutmuş biznes rəhbərlərinə qədər çox sayda şəxsin adı hallanır.

Namizədlərin bəzisi səssizcə özləri haqda şayiələri şişirdir, digərləri isə prezident Donald Trampa, həqiqətən, yaxın adamlardır.

Bir qismi ideoloji əsaslara görə ayırd etmək çətindir, çünki ümumiyyətlə, hamısının mühafizəkar olduğu düşünülür; digər qism fikirlərini “Fox News”-la təbliğ edir.

Bəzilərinin, fikirləri prezidentlə tez-tez toqquşan Boltonla əlaqəsi var və ya oğul-Corc Buş administrasiyasında işləmiş “şahin”lərdir.

Namizədlərin demək olar ki, hamısı kişidir.

Aparıcı fərziyyə Trampın milli təhlükəsizlik aparatında çox sayda köməkçini qıcıqlandıran Boltondan daha aşağı profilli, ideoloji cəhətdən az sərt və komanda oyunçusu olmağa daha çox hazır olan Milli Təhlükəsizlik Şurası (MTŞ) rəhbərini axtarmasıdır.

Trampın seçimi nüfuzlu dövlət katibi Mayk Pompeo tərəfindən də bəyənilən olmalıdır.

Prezidentin gələn həftə adını açıqlayacağını şəxs qarşıdakı seçki ilində onun xarici siyasətini ümid etdiyi istiqamətdə, o cümlədən İran, Şimali Koreya və “Taliban”la sövdələşməyə doğru aparmalıdır.

Ancaq sonda Tramp, həmişə etdiyi kimi, ehtimal ki, meyarlar toplusuna və və mütləq ideoloji uyğunluğa yox, “bağırsaq instinkti”nə əsaslanaraq qərar verəcək.

Trampın milli təhlükəsizlik hərəkətlərini yaxından izləyən Brukinqs İnstitutunun xarici siyasət üzrə təhlilçisi Tomas Rayt deyir: “O, istədiyini edə bilməyəcəyini söyləyəcək birisini yanında görmək istəmir”.

Başlanğıc üçün, Ağ Evə yaxın bir şəxsin dediyi kimi, Trampda adlar siyahısı var.

2 nəfər Pompeonun ən yaxşı köməkçilərdir: İranla əlaqəli Brayan Huk və Şimali Koreya ilə məşğul olan Stiven Biqun. Digər ikisi isə keçmiş kəşfiyyat məmuru və Trampın sevdiyi Bolton köməkçisi Fred Flitz və keçmiş respublikaçı administrasiyalar dövründə həm Dövlət Dövlət Departamentinin yuxarı eşelonlarında, həm də MTŞ-də uzun illərin təcrübəsinə sahib olan Pola Dobrianski.

Çərşənbə günü Tramp özü deyib ki, “son 3 ildə tanıdığım çox yüksək səviyyəli, yaxşı insan hesab etdiyim 5 nəfərin” namizədliyi var.

Ağ Evə yaxın bir adam, Trampın gələn həftə seçimini açıqlamağı planlaşdırmasına baxmayaraq, hələ də kimsəni seçməkdə qərar vermədiyini söyləyib. Lakin Tramp seçimin rahatlıqverici olmasını istədiyini açıq şəkildə bildirir.

“O, sadiq adam axtarır, bilikli, təcrübəli və təlimə ehtiyac duymayan adam”.

Xüsusilə nüvə proqramı ilə əlaqədar şimali koreyalıları ciddi danışıqlar üçün masa arxasına oturtmaq səylərində irəliləməyə çalışsan Biqun Vaşinqtonda çox böyük hörmət sahibidir. Biqun hökumət və özəl sektorda geniş təcrübə qazanıb və Corc Buşun rəhbərliyi dövründə MTŞ-nin icraçı katibi vəzifəsində çalışıb.

Brayan Huk administrasiyanın İrana qarşı sərt siyasətinə görə gözə çarpan bir fiqura çevrilib. Doğrudur, Tramp uzun müddətdir onun kim olduğu barədə heç bir məlumata sahib deyildi. Huk, eyni zamanda Trampın kürəkəni və məsləhətçisi Cared Kuşnerin sevimlisidir.

Bununla birlikdə, Huk Baş müfəttişin Dövlət Departamentində hökumət işçilərinə qarşı siyasi qisas alma ilə bağlı araşdırmasında adı hallanan şəxsdir. Baş müfəttişin hesabatı tezliklə yayımlanacaq və Hukun hərəkətlərində təqsir tapıla bilər. Əgər belədirsə, milli təhlükəsizlik məsləhətçisinə yüksəlməsi onu intizamlı görmək istəyən karyera işçilərini qıcıqlandıracaq.

Dobrianski Tramp administrasiyasında deyil, keçmişdə müxtəlif rolları oynayıb. O, Vaşinqtonda yaxşı qəbul olunur və rol aldığı təqdirdə, Boltondan daha aşağı bir profil qazanacaq.

Flitz işə kəşfiyyat zəminini gətirər, eyni zamanda, Boltonla yaxın əlaqəsi var. Keçmiş CIA analitiki “radikal islamı” kəskin tənqid edən sağçı düşüncə mərkəzi olan Təhlükəsizlik Siyasəti Mərkəzinin prezidenti və icraçı direktoru vəzifəsindən getdikdən sonra, 2018-ci ilin payızına qədər qısa müddətdə Boltonun qərargah rəisi vəzifəsini icra edib.

Vaşinqton insayderləri Boltonun qovulmasından bəri bir qrup digər adı sadalayırlar: ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell, girov məsələləri ilə məşğul olan Pompeonun köməkçisi Robert Q`Brayen, vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri Keyt Kelloqq və Trampın yanında milli təhlükəsizlik üzrə müşavirin keçmiş müavini Riki Uoddell. Cek Kin və Duqlas Makqreqor isə “Fox News”-da tez-tez görünən, istefada olan hərbçilərdir.

Daha bir neçə namizəd var: Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin keçmiş respublikaçı sədri və hazırda ABŞ-ın Hollandiyadakı səfiri Pit Houkstra, Maliyyə Nazirliyinin yüksək vəzifəli sabiq rəsmisi Robert Kimmitt.

Administrasiyanın 2 rəsmisinin də adı hallanır, o cümlədən millli təhlükəsizlik üzrə Baş Qərargah rəisi əvəzi Mik Malveninin əməkdaşı Rob Bler və MTŞ-in Asiya ilə əlaqəli digər yüksək səviyyəli əməkdaşı Matt Pottinger.

Bu şəxslərin Trampla hər şeydə razılaşacaqlarını güman etmək olmaz.

Söhbət Trampın siyasət və kadrlarından getdikdə, mərhəmətli olması ilə tanınır. Lakin prezidentliyi dövründə hərbi münaqişədənsə danışıqlara üstünlük verdiyini və ABŞ-ın Əfqanıstan kimi ölkələrdə mövcudluğunu azaltmaq istədiyi dəfələrlə vurğulanıb.

2020-ci il seçkiləri yaxınlaşdıqca, Tramp xarici siyasət cəbhəsində nümunə göstərmək üçün az uğur qazanıb və bu halı dəyişdirməyə can atır. O, İran və Şimali Koreya ilə danışıqlara başlamaq və ya onları davam etdirmək istəyir. Tramp “Taliban”la sülh danışıqların “ölü” olduğunu söyləsə də, onları canlandıra bilər.

“Tramp köməkçilərinin bir-birinə zidd fikirlər söyləməsini bəyənir”, – bunu prezidenti tanıyan insanlar deyir. Ancaq Ağ Evdə təxminən 3 il işlədikdən sonra o, qərar qəbulunda vahid komandanın vacibliyini anlayıb.

Ağ Evə yaxın bir adam Trampın Boltona olan məyusluğunu, əsasən, milli təhlükəsizlik müşavirinin, prezidentin seçimləri ilə razılaşmadığı təqdirdə, mediadan və digər vasitələrdən istifadə etməsinə bağlayır. Boltonla müqayisədə, Pompeo Trampın hörmətini qazanan təzadlı model təklif edir: o, prezidentlə fərdi şəkildə razı ola bilər, amma heç vaxt açıq şəkildə deyil.

Trampın Pompeonu dövlət katibi vəzifəsində saxlamaqla, milli təhlükəsizlik müşaviri təyin edə biləcəyi ilə bağlı bəzi şayiələr var. Bu, əvvəllər də olub: Henri Kissincer hər iki rolu eyni vaxtda icra edib.

Lakin milli təhlükəsizlik veteranları daha çox Trampın Biqun və ya Dövlət Departamentinin oyunçusu kimi Pompeo ilə yaxşı işləyən bir şəxsi seçəcəyini söyləyiblər.

Hər iki halda, Tramp MTŞ-nin başında güclü siyasi instinkti olan birinin yenidən seçki kampaniyasına girməsini istəyəcək.

Rayt deyib: “Bütün bunlar üçün siyasi dinamika var, buna görə də, o, Trampın həssas olacağını düşünürəm”.

Tərcümə: Strateq.az

WhatsAppFacebookFacebook MessengerTwitterShare
Əvvəlki yazı

Şərurlu İsfəndiyardan Əliyevə və Putinə – Şikayət

Sonrakı yazı

Elina işi məhkəmədə: direktor hakim qarşısında…

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.