21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bölgələrdə istirahət neçəyə başa gəlir?

10 İyun 2021, 11:40
Cəmiyyət
A A
Bölgələrdə istirahət neçəyə başa gəlir?

 

Hazırda pandemiya dövrü olduğundan bir çox xarici ölkələrə gediş-gəlişin bərpası mümkün deyil. Sərhədlərini turistlərə açan ölkələrdə isə COVID-19 pasportunun tələbləri ilə bağlı müəyyən şərtlər var.

Vəziyyət belə olan halda insanlar səyahət üçün xarici ölkələrdən daha çox bölgələrə üz tuturlar. Bu halda səyahətsevərləri yerli turizm obyektlərinin qiymətləri maraqlandırır.

Bəs bölgələrə axın edənlər istirahət üçün nə qədər pulundan keçməlidir?

Mütəxəssislərin sözlərinə görə, hazırda ölkədə pandemiya hökm sürdüyündən yerli turizm obyektlərində 15-20% qiymət artımı var.

Bu haqda BAKU.WS-ə açıqlama verən turizm eksperti Rəhman Quliyev artımın səbəbini otellərdə və turizm obyektlərində həyata keçirilən izolyasiya və müəyyən sosial məsafə qaydalarının tətbiqi ilə əlaqələndirir:

“Hazırda dünyada baş verən bahalaşma ölkəmizə də təsir edib. Bölgələrdəki otellərin uzun müddət qapalı qalması, fəaliyyətində durğunluq yaranması qiymətlərin artmasına səbəb olub.

Bununla yanaşı, yerli otellər və turizm obyektləri xidmət səviyyəsini mükəmməl formada təşkil etmək və sosial məsafəni təmin edə bilmək üçün daha çox işçi götürməsi, o cümlədən menuda təbii qidalara üstünlük verməsi də xərcləri ikiqat artırıb.

Hətta indi otellərin doluluq səviyyəsi də əvvəlki kimi deyil. Müəyyən izolyasiya qaydalarına riayət etmək məcburiyyəti tam doluluğa icazə vermir. Bu da qiymət artımına təsir edən amildir.

Əvvəllər bölgələrə böyük avtobuslarla turlar təşkil edilirdisə, bu artıq kiçikhəcmli nəqliyyat vasitələri ilə həyata keçirilir. Əvvəl turun qiyməti 15-20 manat aralığında idisə, hazırda bu qiymət 50-60 manat təşkil edir. Bunlar da öz növbəsində qiymət artımı deməkdir”.

Bəzən bölgələrdəki otellər dolu olduğundan turistlər kirayə verilən fərdi evlərə üz tuturlar. Bu da evlərini turistlərə kirayə vermək istəyən vətəndaşların sayını artmasına səbəb olur.

Ekspertin sözlərinə görə, hazırda bölgələrdəki evlərin kirayə qiyməti 20-80 manat aralığındadır:

“Bölgələrdə evlər 20 manatdan başlayaraq 70-80 manatadək bahalaşır. Birotaqlı evlərin qiyməti 20 manat, 3 otaqlı 50 manat, 4-5 otaqlı evlər isə 70-100 arasındadır”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü Aidə Əliyeva bölgələrdəki 4, 5 ulduzlu otellərdə 2 nəfərin istirahətinin orta hesabla 90 manata başa gəldiyini bildirib:
“4 ulduzlu oteldə 4 nəfərlik istirahət 150-160 manat təşkil edir. Bu, daha çox Quba bölgəsinə aiddir. 2 nəfərlik istirahətin məbləği isə 90 manatdır.

Astara Lənkəran bölgəsinə gəlincə isə, 2 nəfərin istirahəti 80-90 manat təşkil edir. Ailəvi koteclərin qiyməti 170-200 manat aralığındadır. Şəkidə fəaliyyət göstərən otellərdə isə 2 nəfərin istirahəti (səhər yeməyi də daxil olmaqla) 90-100 manat civarındadır”.

Ötən il ilə müqayisədə hazırda yerli turizm obyektlərinin qiymətlərində 15-25% artım var, bu da sırf turizm obyektlərindəki tətbiq edilən izolyasiya və sosial məsafə qaydalarının tətbiqinin qiymətə təsiri ilə əlaqədardır.

Əvvəlki yazı

Rektorun biznes imperiyası: Super marketlər, avtosalonlar, villalar…

Sonrakı yazı

​Nəcməddin Sadıqov evində gizli qəbullar keçirir – SENSASİON İDDİA

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.