12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BNA-nın xalqı soyan “işgəncə kralı” – Fakt/Video

30 Sentyabr 2019, 10:57
Seçmə, Araşdırma
A A
BNA-nın xalqı soyan “işgəncə kralı” – Fakt/Video

…2001-ci il. Braziliya, Meksika, Kolumbiya serialları bumudur. Dövlət televiziyasına Latın Amerikasının ailə-məişət teleserialları ayaq açıb; “Qvadalupe”, “Dul qadın Blanko”, “Mariya” və…“Səhrada məhəbbət” teleserialları 90-lar nəslinin yaddaşlarında olar.

Sonuncu serialın çox məşhur bir personajı varıydı –  Kubillos…Heç kəsin sağ çıxa bilmədiyi “Faralion” həbsxanasının leytenantı, “işgəncə kralı” idi.

O seriala baxanlar yaxşı xatırlayar ki, Kubillos adı dillərdə əzbər gəzirdi, azərbaycanlılar bu obraza nifrət edirdilər. Onun zahiri görünüşü ilə əməlləri düz mütənasiblik təşkil edirdi. Sanki içi çölünə təzahür eləmişdi.

Və seriala baxan hər kəs …“Səhrada məhəbbət”in sublimasiyasını yaşayırdı, türmənin “cəlladı” Kubillosu qeyri-ixtiyarı lənətləyirdi, hətta gündəlik hətta öz düşmənlərini bu personaya bənzədirdilər.

Görünüş və əməl baxımından Kubillos obrazından o qədər də ciddi şəkildə seçilməyən Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimlinin fərqi, sadəcə, türmədə yox, paytaxtda sürücülərə qarşı “işgəncə kralı” olmasıdır. Allah üzümüzə baxıb, yaxşı ki həbsxana rəisi və ya “nadzor” olmayıb…

Anaxeber.info ötən həftələrdə yayılan videonu yada salaraq yazır ki, təkcə bu kadrlar hansı qəddarlığın, zülmün baş verdiyini tam çılpaqlığı ilə əks etdirirdi.

Keçmiş nazir Ziya Məmmədovun vaxtilə qoçuluq edən quldurlarından davranışca fərqlənməyən nəqliyyat müfəttişi sürücüyə dayanma-durma qaydasını pozmağa görə cərimə yazarkən onunla əlbəyaxa olur, qarşıdurma yaradır.

Sürücülərin canını boğazına yığan ilk nəqliyyat müfəttişi deyil, BNA-nın küçələrə səfərbər olunan əli planşetli əməkdaşları camaatı təngə gətirib. Bu qurum prezident tərəfindən ona görə təsis edilmişdi ki, şəhərin nəqliyyat sistemində, dayanma-durmada, avtoparklarda səliqə-sahman yaradılsın, hərəkət tənzimlənsin.

Amma yeni parkinqlər təşkil edilməmiş V.Kərimlinin qoçuları ağına-qarasına baxmadan ucdantutma harada dayanmış maşın görürlərsə ki, xəlvətcə çəkib qaçıb gizlənirlər, sonra sürücünün telefonuna cərimə edilməsi barədə məktub yollayırlar.

Prezident bu qurumu yaratmamışdı ki, yenidən narazılıq baş qaldırsın, əhali partlayış həddinə çatsın. Sürücüləri döyən, maşınların nömrəsini açıb aparan, avtomobillərə oturub sürücülük vəsiqəsini götürən, maşın sahiblərini şül-küt edən Ziya Məmmədovun quldurları ona görə yığışdırıldı ki, narazılıq pik həddə çatmışdı, camaat üsyana qalxırdı, sürücülər aksiyalar keçirirdilər. Rəsmən nəqliyyat qoçuları sürücüləri əzişdirirdilər.

Vüsal Kərimlinin təyinatı və BNA-nın təsisatı məhz bu neqativ halları aradan qaldırmağa hesablanmışdı. Amma görünür ki, prezidentə qarşı növbəti sosial təxribat hazırlanır.

Məqsəd BNA-nın büdcəsini doldurmaqdır və bu acgözlüyü sürücülərə Kubillos kimi işgəncə verən Vüsal Kərimli ilə komandası həyata keçirir. Müfəttişlər özlərini Ziya Məmmədovun qudurğanları kimi aparırlar, heç kəsə rəhm etmirlər, xəbərdarlıq etmədən total şəkildə cərimə yazırlar.

Hətta belə iddialar var ki, BNA əməkdaşları işə götürülərkən sırf həmin “meyar”lar, “kriteriya”lar əsas götürülür. Yəni, daha zülmkar, qaniçən, kasıb sürücüləri cərimələyən şəxslər BNA-nın nəqliyyat müfəttişi olurlar.

Sosial şəbəkələrdə dolaşan informasiyalarda da iddia edilir ki, Vüsal Kərimlinin qeyri-rəsmi tapşırığı əsasında nəqliyyat müfəttişləri Bakı yollarına səfərbər olaraq, büdcəni doldurmaq naminə cərimələr yazırlar, əvəzində isə bunun hansı siyasi məsuliyyət daşıdığını, sosial zülmə gətirib çıxardığını hesablamırlar və çanaq yenə də hakimiyyətin başında çatlaya bilər.

Çünki prezident sosial islahatlar həyata keçirməyə, insanlar üçün xidmət sektorunu yaxşılaşdırmağa çalışır, göstərişlər verir, layihələr icra edilir, dayanma-durma səlahiyyətlərinin də DYP-dən alınıb BNA-ya verilməsində niyyət islahatlar aparmaq, narazılığa son qoymaq idi.

Lakin ortada dəhşətli bir mənzərə var – Kubillos dustaqlara, Kərimli isə sürücülərə işgəncə verir, Ziya Məmmədovun aqibətini xatırlamaq istəmir…

Sürücülər də bildirirlər ki, BNA DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudur. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən.

Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir – yarım saatı 20 manat. Yetim “parkovşiklər” qəpik-quruş alırdılar…

Məsələn, aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur.

Bu, nə qədər ədalətlidir? Əvvəla qurum düzgün işləsə, şəhərdəki bütün apteklərin qarşısında dayanmağa icazə verməlidir. Feysbuk istifadəçisi Bəkir Osmanoviç bildirir: “AMAY-ın qarşısında olan avtomobil dayanacağı qanunidir? Bu həftə iki dəfə orada avtomobilimi park etmişəm, amma axşam mesaj gəlib ki, dayanma nişanına görə cərimələnmişəm. Bu arada, şəkillər telefonla çəkilir, nəzarət kamerası ilə deyil”.

Vətəndaş Naib Hacıyev söyləyir: “Bakı Nəqliyyat Agentliyi sürücülərə bir ünvan desin, işimizi bilək. Belə getsə, biz sürücülər də Agentliyin işçilərinin avtomobillərini düzgün park etmədikləri yerdə çəkib göndərməli olacağıq. Onlar da cərimələnsinlər. Agentliyin işçiləri ancaq cərimələməklə məşğuldurlar, bəs onların özlərini kim cərimələyəcək?!”

Bu şikayətlər sadəcə, bir-iki nümunədir, onlarla belə sürücü “os püskürür” və yazılanlar vəziyyəti tam ifadə edir. Sıravi vətəndaşlar, ziyalılar, şou biznes nümayəndələri, televizya aparıcıları, hətta deputat və diplomatlar da bu qurumun fəaliyyətini tənqid edir.

Vəziyyət isə düzəlmək əvəzinə, daha da pisləşir. Görün, narazılıq hansı həddə çatıb ki, şou-biznes adamı Tolik də V.Kərimliyə etirazını bildirmişdi. Sitat: “”Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəyəm pulu. Elə bilərəm, nəzir verirəm.

Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”

Bundan əvvəl də BNA müxtəlif səviyyələrdə tənqid olunub. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafa bir müddət əvvəl parlamentdə çıxışı zamanı BNA-nın məsuliyyətsiz bir quruma çevrildiyini deyib:
“Bakı Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir.

Halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar.
Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər.

Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.

Vəssalam, hər şey göz qabağındadır, tək media yazmır, aşağıdan yuxarıya çoxu narazılıq edir. İndi söz məsul şəxslərindir, dövlət rəhbərliyindən göstəriş verilməsi gözlənilir…

Əvvəlki yazı

“Payım” kolbasası “Halal” deyil – Qalmaqal

Sonrakı yazı

Vilayət Eyvazov DYP-yə rəis təyin etdi

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.