09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BNA-nın kamera ilə yazdığı cərimələr qanunsuzdur – Hüquqşünas ifşa etdi

03 İyun 2022, 13:26
Cəmiyyət, Manşet, Banner
A A
BNA-nın kamera ilə yazdığı cərimələr qanunsuzdur – Hüquqşünas ifşa etdi

Bugünlərdə Apellyasiya Məhkəməsi Bakı Nəqliyyat Agnetliyi tərəfindən vətəndaşa dayanma-durma ilə bağlı kamera vasitəsilə yazılmış protokola xitam verərək qərar çıxarıb. Məhkəmə qərarında aydın şəkildə izah olunub ki, BNA-nın xüsusi texniki vasitə sayılan kamera ilə dayanma-durma qaydasını pozan sürücülərə cərimə yazması qanunsuzdur.

Bu barədə Avtosfer.az saytında bir neçə dəfə material yayılsa da, BNA hər dəfə özünə haqq qazandırmağa çalışıb. Bəs indiyədək minlərlə vətəndaşa yazılmış protokollar qanunsuzdurmu? Bu suala cavab tapmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik.

Hüquqünas Avtosfer.az-a bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 124.5 maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. “Prosedur ondan ibarətdir ki,  dayanma və durma qaydasını pozmaqla aşkar olunmuş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər ölkəmizin hər yerində Dövlət Yol Polisinin əməkdaşlarıdır.

Bakı şəhərinin inzibati ərazisində isə həm də Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli əməkdaşları bunu icra edir. Qanun deyir ki, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort-komüter və ya planşetlə onun foto və videogörüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır.

Prosedur belədir və orada kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada prptokol tərtib olunması nəzərdə tutulan İnzibati xətaların siyahısı İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Yalnız avtobusların dayanacaqdan kənar dayanıb sərinişin mindirmək və düşürməsi barədə qeyd var. Bu da təbii ki, digər nəqliyyat vasitələrinin, minik avtomobillərinin, yük avtomobillərinin, marşurut avtobuslarından kənar avtobuslara aid deyil”.

Ərşad Hüseynov qeyd edib ki, bu hal əvvəldən var idi. “Amma 2021-ci il, aprelin 14-nə qədər dayanma və durma qaydalarının pozulmasına görə kamer vasitəsilə cərimə yazıldığı təqdirdə bunun nəticəsi necə olardı sualının cavabı qeyri-müəyyən idi.

İnzibati Xətalar Məcəlləsində 2021-ci il aprelin 14-ə qədər konkret olaraq göstərilməyib ki, bu halda böyük prosedur pozulmaqla, qanuni nəzərdə tutulmuş qayda pozulmaqla, əldə edilmiş sübut olarsa həmin qərar ləğv edilməlidir. Belə bir müddəa yox idi. Qeyri-reallıq var idi. Sadəcə prosedur var idi, proseslərin pozulması hallarının nəticələrin qiyməti yox idi. 2021-ci ilin aprelin 14-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdən ən mühümü İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin əlavə edilməsi oldu.

Əlavə olunmuş maddədə birbaşa göstərilir ki, əgər inzibati məsuliyyətə cəlbetmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə bu hal yolverilməzdir. Bu hal olarsa inzibati iş üzrə baş tutan icraata başlamaqdan imtina olunmalıdır. Başlanmış icraat olsa belə həmin icraata xitam verilməlidir. Yəni, qanuna zidd olaraq əldə olunmuş sübutun əsasında qərar çıxarmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 135- ci maddəsində də, dəyişiliklər olub. 135- ci maddədə göstərilirdi ki, əgər həmin qanuna zidd üsulla əldə olunmuş sübutdan istifadə olunmuş qərar çıxarılıbsa 53.2 maddəyə istinadən, həmin qərar yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv oluna bilər.

Xüsusi araşdırmalar etməyə ehtiyac yoxdur. Təcrübədə isə çox təəssüf ki, kamera vasitəsilə cərimə yazılması uzun müddətdir geniş yayılıb. Son zamanlar hakimlər bu məsləyə daha diqqətlə yanaşmağa başlayıblar. Qanunun hərfi mənasında daha düzgün tətbiq eləməklə bu tipli halların qarşısını almaq istiqamətində qərarlar qəbul edirlər. Kamera vasitəsilə qeydə alınıb təsdiq olunan bəzi qərarların hətta apelayasiya məhkəməsi səviyyəsində ləğv olunması bunun məcəlləyə, dediyimiz normalara istinadən əsaslandırılması mövcuddur. Hər kəs qanuna düzgün riayət eləsə daha yaxşı olar”.

Əvvəlki yazı

Lavrov Çavuşoğlu ilə Qarabağı da müzakirə edəcək

Sonrakı yazı

Kremlin əsas məqsədi Kiyev və Lvovdur – Solovyov

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.