BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib: “Biz Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsində, xüsusən aprel və may aylarında müşahidə olunan ləngimənin davam etməsindən narahatıq”.
RUSİYA YAVAŞIRIR
Vurğulanıb ki, may ayında Ukrayna limanlarından cəmi 33 gəmi çıxıb ki, bu da apreldəkinin yarısı qədər çoxdur. Bildirilib ki, taxıl dəhlizi sazişi çərçivəsində olan Yujnı/Pivdennı limanından cəmi üç gəmi çıxıb. Dujarrik bəyan edib ki, RUSİYA öz gübrə ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmadığı təqdirdə sözügedən limana ixrac məhdudiyyəti qoyulmasını istəyir.
Taxıl dəhlizində ləngiməyə səbəb kimi İstanbulda taxıl gəmilərinə nəzarət edən ekipajların sayının 3-dən 2-yə enməsi və gündə maksimum 3 gəmiyə baxış keçirə bilməsi göstərilib.