05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Birlik ilə əldə edilmiş Böyük Qələbə – FOTO

28 Aprel 2018, 21:27
Cəmiyyət
A A
Birlik ilə əldə edilmiş Böyük Qələbə – FOTO

Rusiyanın Bryansk şəhəri aprel ayının 25-də Böyük Qələbənin 73 və partizan hərəkatının 75 illiyinə həsr edilmiş “Birlik ilə əldə edilmiş Böyük Qələbə: Böyük Vətən müharibəsində partizan və gizli dəstə üzvlərinin şücaəti” Beynəlxalq Qaliblər Forumuna ev sahibliyi edib.
İnsider.az xəbər verir ki, tədbir 17 dövlətin nümayəndələrinin, eləcə də rəsmi şəxslərin toplaşdığı Partizan meydanında start götürdü. Əbədi alovun qarşısına çiçək və əkil qoyan Forum iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bundan sonra proqram SSRİ-nin işğal edilmiş ərazisində partizan hərəkatının yaranmasına və inkişafına həsr edilmiş “Qoy düşmən ayağı altında yanan torpağımızı hiss etsin” adlı arxiv materialların tarixi-sənədli sərgisinin təşkil edildiyi A.K.Tolstoy adına dramatik teatrda davam edib.
Ekspoziyalar sırasında partizanların anketləri, əmr, qərar və mükafat vərəqələri, qəhrəmanların təltif edilməsinə dair fərmanlar, eləcə də sovet vətəndaşlarının güllələnməsinə dair alman sənədlərinin tərcümələr yer alırdı.

Sərgidən sonra Forumun plenar iclası keçirilib. İclasda müharibə veteranları, arxa cəbhənin əmək veteranları, ictimai xadimlər və siyasətçilər, tarixçi-alimlər, vətənpərvərlik hərəkatlarının nümayəndələri, gənc liderlər və müxtəlif ölkələrdən gələn tələbələr iştirak edib.
Tədbirin rəsmi hissəsini “Bryansk meşəsi təlatümdə idi…” mahnısı ilə “Vataqa” ansamblı açdı, daha sonra Fəxri qarovul səhnəyə “Qələbə bayrağının” surətini gətirdi.
Tədbirin fəxri qonaqlardan biri Azərbaycanın RF-də Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu idi. Çıxışı zamanı o, azərbaycanlıların Böyük Qələbəyə verdikləri töhfədən danışıb. P.Bülbüloğlu Azərbaycan xalqının döyüşlərdə göstərdiyi şücaətdən və arxa cəbhədəki qəhrəmanlığını vurğulayıb:

“Azərbaycandan 600 mindən çox döyüşçü var idi. Azərbaycan sakinlərinin hər beş nəfərdən biri Böyük Vətən müharibəsi cəbhələrində əlində silah döyüşürdü. 1941-ci ildə sayı 3,5 milyon olan Azərbaycan əhalisinin 681 min nəfəri, o cümlədən 10 min qadın cəbhəyə gedib. Təəssüf ki, onların yarısından çoxu geri qayıtmayıb. Azərbaycan müharibə illərində əsas neft və neft məhsullarının tədarükçüsü idi. Bizim neftçilərimiz ölkənin yanacaq ehtiyatının 80%-ni istehsal edirdi.  Müharibənin yalnız birinci ilində Azərbaycan 23,5 milyon ton neft tədarük edib. Ümumilikdə isə həmin dövrdə hərbi ehtiyaclar üçün 75 milyon tondan çox Bakı nefti tədarük edilib.

Azərbaycanlıların faşizm üzərində qələbədə rolunu Sovet İttifaqı marşalı Qeorqi Jukov çox gözəl ifadə edib: “Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənimizi qorumaq, düşmənə tez bir zamanda qalib gəlmək üçün lazım olan qədər yanacaq verirdilər”.

Azərbaycanda 130-dan çox silah və sursat növü istehsal edilirdi. Bizim vətəndaşlar şəxsi vəsaitindən 15 kq qızıl, 952 kq  gümüş, 320 milyon sovet rublu toplayıb müdafiə fonduna köçürüblər. Rəsmi məlumata görə, Azərbaycan həkimləri 1,5 milyon hərbçini döyüş meydanına qaytarıblar. Onların bir qismi müharibədən sonra həyatını tamamilə Azərbaycanla bağlayıb.

Göstərdikləri qəhrəmanlıq və şücaətə görə, 170 mindən çox Azərbaycan döyüşçüsü hərbi orden və medallar ilə təltif edilib. 123 nəfər isə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.  Azərbaycanlıların arasında qəhrəman adına ilk olaraq 1941-ci ilin dekabr ayında 42-ci atıcı alayın bölük komandiri baş serjant İsrafil Məmmədov layiq görülüb. 1943-cü ilin mart ayında 13 avtomat və bir minaatan düşmən atıcısını zərərsizləşdirən, 323-cü xüsusi dəniz piyadaları batalyonunun komandirinin rabitəçisi Qafur Məmmədov ölümündən sonra qəhrəman adını alıb.
Fövqəladə və səlahiyyətli səfir, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən dahi azərbaycanlı şərqşünas-alim Ziya Bünyatovun xüsusi rolunu qeyd edib:

“İş ondadır ki, Ziya Bünyatov məşhur Visla-Odersk əməliyyatında iştirak edən cərimə bölüyünə komandirlik edərkən ulduz alıb. Bünyatov xatirələrində yazırdı: “Mənə həddən artıq təhlükəli iş tapşırılmışdı – düşmənin üç qat müdafiə xəttini yararaq, arxa cəbhəyə  keçmək. Biz 80 metr uzunluqda olan Plits çayı üzərindəki körpünü götürməli idik, bununla yanaşı körpü dağıdılmamalı idi. Bu tapşırığın öhdəsindən gəldik. Amma nəyin bahasına?  Bu döyüşdə iştirak edən 670 döyüşçüdən yalnız 47-si sağ qaldı. Neçə nəfəri dəfn etmişdim, neçə məktub yazmışdım. Sağ qalanların hər biri ordenlə təltif edildilər. Mənə isə Sovet İttifaqı qəhrəmanı adı verildi”.

Plenar iclasdan sonra sessiya başladı. Proqramın bu hissəsində, vətənpərvərlik təşəbbüslərinin təbliğatında KİV-in rolu, partizanların Qələbənin qazanılmasında əməkləri müzakirə edildi. Sessiya iştirakçıları diqqətini gənclər ilə vətənpərvərlik işinə yönəltmişdilər, bununla yanaşı axtarış işləri ilə məşğul olan mütəxəssislər, döyüşlər haqqında yeni faktları üzə çıxaran mühüm tapıntılardan və gələcək qazıntılardan danışdılar.

Qeyd edək ki, “Birlik ilə əldə edilmiş Böyük Qələbə” Beynəlxalq Qaliblər Forumu MDB ölkələrinin Dövlətlər arası humanitar əməkdaşlıq fondu və Prezident qrantları Fondunun dəstəyi ilə “Avrasiya tədqiqatlar İnstitutu” İnkişaf Fondu və “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən uğurla həyata keçirilir.

2010-cu ildən başlayaraq foruma Rusiyanın Tuapse, Vladiqafqaz, Volqoqrad, Kursk, Moskva  şəhərləri ev sahibliyi edib. 2016-cı ildə Forum qəhrəman-şəhər Minskdə, 2017-ci ildə Astanada keçirilib.

Nigar Orucova 

Bizi izləy

Əvvəlki yazı

London məhkəməsində şantaj və təhdid: hakim Fərhad Əhmədovun vəkilini məcbur etdi ki…

Sonrakı yazı

Xırdalanda Akademik Zərifə Əliyevanın 95 illik yubileyi qeyd edilib(FOTO+VIDEO)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.