05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BİRİNCİ XANIMIN GÜLƏN MƏKTƏBİNƏ QƏDƏM BASMAQLA AMERİKALILARI DİKSİNDİRİB –FETÖ-nün ABŞ-ın 28 əyalətində 136 məktəbi fəaliyyət göstərir

25 Mart 2019, 11:14
Manşet
A A
BİRİNCİ XANIMIN GÜLƏN MƏKTƏBİNƏ QƏDƏM BASMAQLA AMERİKALILARI DİKSİNDİRİB –FETÖ-nün ABŞ-ın 28 əyalətində 136 məktəbi fəaliyyət göstərir

Adell Nazarian

“The Daily Caller” (ABŞ), 23.03.2019

 

Hamımız Birinci xanım Melaniya Trampın təhsil, dəyərlər və kiberzorakılığın sona çatdırılmasına yönəlmiş səylərini dəstəkləyirik. Onun “Be the Best” (“Daha yaxşı ol”) kampaniyası sayəsində Birinci xanım uşaqlarımıza dəstək verən güclü, davamlı bir səs olub. Amma Melaniya Tampın Tulsa şəhərindəki (Oklahoma əyaləti) “Dove School of Discovery” məktəbinə son səfəri, təəssüflər olsun ki, millətimizin qarşısında duran bir vacib məsələyə işıq salıb.

Birinci xanım bixəbərdir, “Dove” – Birləşmiş Ştatlarda Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı ilə əlaqəli bir çox çarter məktəbindən biridir.

Gülən Pensilvaniyada könüllü sürgündə yaşayır. Bir tərəfdən – Türk hökumətinin iddiasına görə – Gülən yüzlərlə günahsız türkün ölümü ilə nəticələnən dövlət çevrilişinin rəhbəridir. Digər tərəfdən, Gülənlə əlaqəli məktəblər vergiödəyicilər tərəfindən maliyyələşdirilir.

CBS News-un 2017-ci ilə aid reportajında qeyd olunana əsasən, FETÖ-nün 28 əyalətdə 136 çarter məktəbi fəaliyyət göstərir və 2010-cu ildən etibrən bu məktəblər vergiödəyicilərdən 2,1 milyard dollardan çox maliyyə vəsaiti alıb. Hazırda bu məbləğ 750 milyon dollara qədər artıb. Məktəblər təhsilin keyfiyyəti və gələcək fürsətlərin gözəl görünüşünü sərgiləsə də, amerikalıların əksəriyyəti dollarları kimə ödədiklərini bilmirlər.

15 iyul 2016-cı ildə ABŞ vətəndaşları və dünyanın qalan hissəsi təhsilə ayrılan vəsaitlərin nəyin maliyyələşdirilməsinə kömək etdiyini tam olaraq görüb.

Həmin gün Türkiyədə Gülən tərəfdarları təxminən 300 günahsız Türkiyə vətəndaşının ölümünə səbəb olan dövlət çevrilişi təşəbbüsünü həyata keçiriblər. Gülənçilər NATO təyyarələrini qaçırıb və bütün siyasi (əksəriyyət və azlıq) partiyalarının üzvləri təmsil olunduğu Türkiyə parlamentini bombalamaq üçün NATO təyyarələrindən istifadə ediblər.

Gülənin ardıcılları 2016-cı ilin iyul ayında demokratik qaydada seçilmiş hökuməti qorumaq və 80 milyon insanın iradəsini Pensilvaniyada yaşayan bir adama tabe etdirməmək üçün ideoloqlar və ekstremistlərə qarşı mübarizə məqsədi ilə meydanlara axışan türk xalqına qarşı tankları küçələrə çıxarıblar.

2016-cı ildə uğursuz çevriliş təşəbbüsü zamanı siyasi spektrdə bütün tərəfləri təmsil edən Türkiyə xalqı öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizə aparıb və qalib gəlib. Çevriliş tərəfdarları darmadağın edilib və nizam bərpa olunub.

Keçən il türk xalqı yenidən demokratik həyat tərzini dəstəkləməyə səs verib və türklərin 88 faizindən çoxu seçkilərə qatılıb. Beynəlxalq müşahidəçilər və əsas müxalifət partiyalarının liderləri seçkiləri azad və ədalətli adlandırıblar. Bu, dinc demokratik sistemin terror qüvvələri üzərində zəfəri idi.

Sıravi amerikalılar Türkiyənin daxili işlərinə böyük diqqət yetirmədikləri halda, onların ödədiyi vergilər Türkiyəni qeyri-sabitləşdirmək üçün istifadə oluna bilər. Türkiyə terrorizmlə mübarizədə güclü və etibarlı müttəfiqdir, İŞİD, “əl-Qaidə” və digər terrorçu qruplara qarşı mübarizədə ön cəbhədə vuruşur. NATO-nun şərq sərhədində olan Türkiyə İraq, Suriya və Yaxın Şərqdə sabitliyin qorunmasında mühüm rol oynayıb. Amerikalılar başa düşməlidir ki, Türkiyəyə hücum Amerikanın cinahına hücumdur.

ABŞ-da FETÖ qüvvələri qına girmiş haldadır və təhsili sülh fasadı kimi necə təqdim etməni yaxşı bilirlər. Bununla belə, fasadın arxasında hərəkatın maliyyə pozuntularına dair uzun bir iz var. Sadə bir “Google” axtarışı məktəblər üçün ayrılan pulların digər məqsədlər üçün istifadəsinə aid bir çox nümunələri göstərəcək.

Dövlət içində “dövlət”in əyalətdə təhsil üçün ayrılan vergiödəyici pullarının mənimsənilməsi üzrə təhqiqatlar aparılıb. Şikayətlər ABŞ Təhsil Nazirliyinə təqdim olunub və FTB-nin Gülən hərəkatının fəaliyyətini araşdırdığı söylənir.

Birinci xanım Tramp təhsil sistemimizdə fövqəladə rol oynayan çarter məktəblərinin işıqlandırılması ilə bizə xidmət etməyə davam edir. O, sadiqliyini nümayiş etdirib və ilk növbədə, uşaqlara diqqət məsələsini aktuallaşdırıb.

Bu halda, həmçinin ABŞ-da Gülən hərəkatının məktəbləri və amerikalı vergiödəyicilərin maliyyə mənbəyi kimi necə istifadə edildiyini araşdırmaq imkanı yaratmaqla, ABŞ-a böyük xidmət göstərib.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

“Niyə Kəmaləddin Heydərovda 5 milyard pul olmalıdır?” – Analitika

Sonrakı yazı

“XALQIN ADINDAN GİZLİ SÖVDƏLƏŞMƏLƏRƏ GETMƏK FƏLAKƏT OLAR” – İlyas İsmayılovdan hakimiyyətə xəbərdarlıq

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.