08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bircə sənəd göstərsinlər ki, bu ev onlara verilib…” – Vüqar Səfərlidən “kupça” istəyən jurnalistlərə MESAJ

04 Sentyabr 2019, 13:45
Gündəm
A A
“O BİNA DÖVLƏTİNDİR, JURNALİSTLƏRƏ VERİLMƏYİB…” – KİVDF rəhbərindən jurnalistləri şoka salan açıqlamalar

“Axı bu “kupça” hazırda jurnalistlərin nəyinə lazımdır?” 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəbləri barədə fikirləri yerli mediada, eləcə də ev almış jurnalistlər arasında anlaşılmazlıq və narahatlıqla qarşılanıb.

 

Modern.az-ın məlumatına görə, Lent.az bu səbəbdən bəzi məsələlərə aydınlıq gətirmək üçün Vüqar Səfərlidən yenidən sözügedən mövzu ilə bağlı müsahibə alıb.

 

 

– Vüqar bəy, yenicag.az-a müsahibənizdə bildirmisiniz ki, jurnalistlərə verilən evlər xidməti ev kimidir. Xidməti ev, bildiyimiz kimi, müvəqqəti yaşayış üçün verilir…

 

– Bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayır. Çünki evlərin verilməsi haqqında hər hansı bir sərəncam, sənəd yoxdur. Fondun Müşahidə Şurasının qərarı ilə Prezident Administrasiyasının tövsiyəsi əsasında sözügedən evlər jurnalistlərə verilib.

 

– O evlər jurnalistlərdən alına bilərmi?

 

– Qeyd etdiyim kimi, onlar hazırda xidməti ev kimi yaşayırlar. Məgər elə deyil? Heç kimdən heç nə alına bilməz. Çünki bu bölgülərin hamısına Prezidentin tapşırığı ilə, razılığı ilə baxılıb. Mən demişəm ki, xidməti ev kimidir, xidməti ev deyil, başa düşürsünüzmü?

 

– Evlərin “kupça”laşdırılması ilə bağlı KİVDF tərəfindən bütün sənədlər verilibmi?

 

– Evlər verilsə də, bu proses davam edir, onun sənədləşdirilməsi gedir. Arxitektura Komitəsi yalandan götürüb məlumatlar verir. Biz 2 il əvvəldən – hələ onda Komitə yox idi – bina qurtardıqdan sonra bütün sənədləri yığıb Bakı şəhər İcra Hakimiyyətinə vermişdik ki, dövlət qeydiyyatından keçsin. Komitə yaranandan sonra uzun müddət bu məsələni hərə bir-birinin üzərinə atdı. Biz yenidən bu sənədləri yığıb verdik və dedilər ki, növbə çoxdur, baxılacaq. Neçə ay qaldıqdan sonra, axır ki, avqustun 8-də qərar veriblər ki, Dövlət Komissiyası binanı istismara qəbul edib. Bu o deməkdir ki, orada yaşayan jurnalist öz ailəsini də yaşadığı evdə qeydiyyata sala bilər.

 

– Bildiyiniz kimi, hazırda 2-ci binada qalan jurnalistlərin əsas istəyi evlərə “kupça” verilməməsi ilə bağlıdır.

 

– Mən bir şeyi başa düşə bilmirəm, bu “kupça” hazırda onların nəyinə lazımdır? Hazırda proses gedir. “Kupça”nı mən vermirəm ki, Əmlak Komitəsi verir. Buyursunlar, getsinlər müraciət etsinlər, görək, onlar verə biləcəklərmi? Dünən iki dəfə mən onlarla danışmışam ki, bunu hansı yolla, hansı formada edək ki, jurnalistlərə “kupça”lar verilsin.

 

– Vüqar bəy, müsahibədə həmçinin bildirmisiniz ki, jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosedurunu indi təkrarlamaq mümkün deyil, çünki orada müəyyən məqamlar var və qanunlara dəyişiklik edilib. Bu dəyişikliklər hansılardır?

 

– Müəyyən qanunlar dəyişilib, bunu mən bilmirəm. Bunu Əmlak Komitəsi həll edir, biz həll etmirik axı. Sadəcə, biz maraqlıyıq ki, bu məsələ həll edilsin. Dediyim kimi, dünən iki dəfə onlarla, rəhbərliklə danışıq aparmışam ki, göstərişlər verilsin. Hüquqşünasla da danışmışam. Onlar deyir ki, dövlət əmlakı hədiyyə edilə bilməz. Bu, dövlət əmlakıdır, dövlət pul ayırıb Fonda və Fond bunu tikib. Keçən dəfə bunun yolunu tapdılar ki, Fond bunu özəlləşdirdi və qərar çıxardı ki, bağışlansın. Yəni uzun yolla həll edildi. İndi də buyursunlar. Bizim üstümüzə nə iş düşsə, onu edəcəyik.

 

– İstəyirsinizsə, yenidən xidməti ev məsələsinə qayıdaraq, bunu bir daha aydınlaşdıraq.

 

– Mənim bu sözümü qəbul etmirlərsə, onda göstərsinlər görüm, hər hansı bir sənəd, prezidentin sərəncamı və ya başqa sənəd varmı ki, bu evlər onlara verilib? Ona görə də mən qeyd etmişəm ki, proses gedir və hər bir jurnalist gələcəkdə “kupça”sını alacaq.

 

Mənim üçün çox maraqlıdır ki, bu gün “kupça”nı almaq 5 gün, 1 ay, 1 il gec olsa, nə olur? O adamlar maraqlıdır ki, bu evləri satmaq istəyirlər, başa düşürsünüz? Qalan şəxslər isə gedib qeydiyyata da düşə bilərlər, yaşayırlar, qaz, su, işıq öz adlarınadır.

 

– Bu evlər satıla və kirayəyə verilə bilərmi?

 

– Bilirsiniz, Prezident bu evləri hədiyyə edib və jurnalistlərin şəxsi mülküdür. Ona görə də bununla bağlı biz nəsə deyə bilmərik. Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən razı olardım ki, evlər veriləndə şərt qoyulsun ki, bu evlər 10-15 il ərzində satıla bilməz.

 

Onu da bildirim ki, evlər veriləndə şərt qoyulub – xidməti olan jurnalistlər üçün mənzil-məişət şəraitinin yaradılması. Ola bilər ki, onun hansısa yerdə evi var, ancaq xidmətləri var, şəraitinin yaxşılaşdırılması üçün ev verilir. Orada yoxdur ki, evi olmayana verilsin. Mənə çox vaxt deyirlər ki, filankəsin evi var, o birinin yoxdur. Adi bir şey deyim, məsələn, hər hansı bir qəzetin rəhbəri 20-30 ildir ki, canını mətbuata qoyub, haradasa ev alıb və ya atasından qalıb. İndi onun xidmətləri yoxdurmu?

 

10 il işləyən jurnalistin ev almasına, amma baş redaktorun ev almamasına obyektiv baxmaq olarmı? Bunu da deyim ki, sənədlər yığılanda bir də görürük ki, birinin 2-3 evi var, ona təbii ki, vermirik. Daha sonra bizə deyirlər ki, filankəsin evi var, biz də deyirik ki, verdiyi sənəddə axı evi yoxdur. Çağırıb soruşuruq ki, bəs deyirlər evin var, o da deyir ki, qardaşımın evidir, yaşayıram. Sənəddə də bu adamın evi yoxdur, biz necə sübut edək ki, bu sənin evindir? Bunlar çox çətin məsələlərdir.

 

Son olaraq bir daha bildirim ki, müsahibədə demişəm ki, bu evlər xidməti evlər kimidir. Xidməti ev başqa şeydir, belə evlər veriləndə orderlər verilirdi və yazılırdı ki, xidməti evdir. İndi bunların heç biri yoxdur. Biz bunları hüquqi tərəflərini müəyyən etməliyik ki, jurnalistlərə “kupça”lar verilsin.

Əvvəlki yazı

Sabah hava necə olacaq? –PROQNOZ

Sonrakı yazı

Çağdaş poeziyamız: Bir tabut parazit – Müşfiq Şükürlü gənc şairləri topa tutdu

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.