24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub…” – Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

09 May 2018, 01:12
Cəmiyyət
A A
“Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub…” – Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, “Lotu Quli”yə yaxınlığı ilə bilinən, bir müddət əvvəl İsveç polisi tərəfindən saxlanılan azərbaycanlı kriminal avtoritet Elnur Şuşalı azadlığa buraxılıb. Azadlığa buraxılan Elnur Şuşalı BiG.AZ saytına eksklüziv müsahibə verib.

BiG.AZ sözügedən müsahibəni oxuculara təqdim edir.

-Azadlığa çıxdınız, çox keçmədi ki, oğlunuzla şəkilləriniz yayımlandı. Bu şəkilləri kim yayır? Bəlkə sizin azadlıqda olmağınızı istəmirlər?

-Mən heç bir zaman deməmişəm ki, mənim şəklimi və yaxud da haqqımda məlumat paylaşsınlar. Bəzi jurnalistlər reytinq qazanmaq üçün məndən istifadə edirlər. Elələri də var ki, mənimlə düşmənçilik aparır. Həyatda insan bilmədiyini gərək danışmasın. Mən deyə bilmərəm bunu kim yayır. Mənim xalq artisti Zöhrə Abdullayeva ilə də şəkillərimi yaydılar. Oğlumun toy məclisinə gəlmişdi, orada çəkilmişdi həmin şəkil. İnşallah məclislərimizə bütün tanınmışları dəvət edəcəyik, burda nə var ki, belə yayımladılar şəkilləri? İnsan etdiyi hər bir şeyə görə cavab verəcək. Sadəcə vaxtı var.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

-Elnur Şuşalı necə oldu ki, bu səviyyəyə gəldi çatdı?

-Elnur Şuşalı Azərbaycan bayrağını ən yüksək səviyyədə dalğalandırıb. İlk dəfə məni tutduran insan dövlət məmuru olub. Universitetdə oxuduğum vaxtlarda bir qız ağlayırdı. Gənc tələbə qız mənə dedi ki, müəllim mənə qiymət yazmaq üçün nəsə təklif edir. Mən onda həmin müəllimi sillə ilə vurmuşam. Mən qarşıma məqsəd qoydum ki, həyatda yaşadığım müddətdə heç bir zaman icazə vermərəm ki, kimsə xanımın namusuna ləkə gətirsin və yaxud da bir kasıbın haqqını yesin. Elnur Şuşalı insanlara verdikləri dəyər qarşısında qiymət verir. Avtoritet deyəndə insanlar onu pis başa düşür. Amma dərinliyinə getmək lazımdır ki, niyə krimnal aləminə düşür. Kriminal avtoritet bu yola kiminsə namusunu qoruduğuna görə düşür.

-Sizin aləmdə ağı-qaradan seçmək olmur. Bunları kim seçəcək?

-Hər zaman cavanlara deyirəm ki, cinayət törətmədən kriminal avtoritet aləminə daxil olun. Elə oğlanlar var ki, cinayət törətmədən ad qazanır. Əgər gənclərə məktəbdə, universitetdə və yaxud da cəmiyyətdə düzgün yol göstərən yoxdursa o, demək deyil ki, bunun səbəbkarı bizlərik. Bu gün toyuq oğrusu da özünü kriminal avtoritet adlandırır.Təmiz yaşayan insan heç bir kasıbın evinə girməz, heç kimin haqqını yeməz. Bu gün qoyun oğrusu həbsdən təsbehlə çıxır. Onların günahkarı biz deyillik.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

-Rövşən Lənkəranski “Quli”, onlar bir-birinin adamını öldürməklə məşğuldur. Əgər o, insanlar haqqın tərəfindədirsə onlar niyə bir-birilərini öldürürlər? 

-Allah Rövşən Lənkəranskiyə rəhmət, Quluya can sağlığı versin. Bir yerdə işləyən iki iş adamı olur. Zaman gəlir onlar yollarını ayırırlar. Biri haqqın tərəfi, digəri isə yalnış olur. Bu gün dövlətin içində vəzifəli şəxslər bir-birini qırırlar. Mən olimpiyadada iştirak haqqı qazanmışdım. Orda iştirak etməyim üçün dövlət məndən pul istədi. Biz bunları yaşaya-yaşaya görmüşük. Bu gün mən kimisə vururamsa gedib təslim oluram.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

-Mənə də xoş gəlmir ki, Rusiyada, yaxud hansısa başqa ölkədə azərbaycanlılar bir-birini vururlar. 

-Bu həyatda hər kəs öz adı ilə tanınırlar. Hər bir insan öz əməlinə görə cavab verir. Bu gün heç kimin haqqı yoxdur cəm halda danışsın. Məni heç kim pisləyə bilməz. Heç kimin adamı deyiləm. Hər kəslə qardaşlıq edə bilərəm. Elnur Şuşalı yardım edir deyirlər ki, özünü göstərir. Etməyəndə də öz pis oluram. Mən uşaq evinə köməklik göstərəndə bir nəfər mənə sağ ol dedi. Amma müsahibə verəndə dedi ki, belə bir şey olmayıb.

-Avtoritetlərin evlənmə məsələsinə necə baxırsınız?

-Bəxtiyar da, Hikmət də ailəli olub. Elə insanlar var ki, kinolara baxıb, ağzına gələni danışır. Mənə bir xanım yazdı ki, mənə kömək edin. Bir nəfər mənim qızlığımı əlimdən alıb, indi də məni tutdurmaq istəyir. Mən qardaşlarımı göndərdim. Onunla məhkəmənin qarşısında söhbət etdilər. Mən ona xəbərdarlıq etdim. O, ərizəsini geri götürdü. Bu insan da Azərbaycanda tanınmış adamdır. O, bu xanıma ev aldı, ikinci ailəsi kimi saxlayır. Məmurun nə haqqı var ki, kiminsə balasını bədbəxt eləsin. Mənim haqqımda kimsə nəsə yazanda düşünüb yazsın. Mən heç kimdən qaçmıram. İnsanlarımıza nə kömək lazımdırsa edirəm, edəcəm də. Ömrümün sonuna bir gün qalsa belə əlimdən gələn köməkliyi edəcəm.

-Sizi “Lotu Quli” ilə nə bağlayır?

-Bu gün çox insanla dostluq etmək olar.

-Kriminal avtoritetlər arasında din, millət fərqi yoxdur. Bir çoxları da bunu dəstəkləmir. Deyirlər ki, ermənilər azərbaycanlılara qarşı bu qədər vəhşilik edib. Amma bizimkilər erməni avtoritetləri ilə dostluq edirlər. Buna münasibətiniz necədir?

-Mən Şuşalıyam, Azərbaycanlıyam. Bu gün mən heç bir erməni kriminal avtoriteti ilə çörək yeməmişəm, yemərəm də. İcazə vermərəm ki, kimsə millətimi başından vursun. Haqlı olarsa cəzasını özüm verərəm. Amma heç kimə əzdirmərəm. Mənim heç kimdən qorxacağım yoxdur.

Bir azərbaycanlı rusa borclu idi. Mən o borcu cibimdən ödədim. Qoymadım o, əzilsin. Kriminal avtoritet o deməkdir ki, xalqının, millətinin yanında olsun. Öz cibini güdməsin. Mən insana dəyər vermirəm. Pul sənin şərəfini, namusunu təmizləməyəcək. Kişi kimi yaşa və öl. Kimsə çıxıb öz cibinə pul yığırsa o insana normal baxmıram. Yaşadığı həyat normal deyil. Pul heç vaxt heç kimin itmiş qürurunu, şərəfini geri qaytaran deyil.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

-Sizi sonuncu dəfə silahla tutmuşdular. Bu məsələyə aydınlıq gətirərdiniz.

-Kişini silahla tutarlar. Mən ömür boyu silahla gəzən adamam. Polislər məni aparanda dedim ki, silahlar mənimdir. Bu məsələ ilə vəkillərim məşğuldur.

-Demişdiniz ki, satqınlar var. 

-Mən çox insanlara inanmıram. Məni dövlətlə üzbəüz qoymaq istəyirlər. Elə insanlar var ki, mənim Azərbaycana gəlməyimi istəmir. İstəyirlər mənə zərbə vursunlar. Mən qanundan kənar çıxmıram. Mən Azərbaycana gəldim də getdim. Hətta elə insanlar var ki, deyir ki, Elnur Azərbaycana gəlsə öldürəcəm. O, insanlara sözümü deyib geri qayıtdım. Ondan qabaq neçə ildir ki, gələ bilmirdim. Axtarışa da verilmişəm.

-Avropa ölkələrində bir sıra həmvətənlərimiz var ki, ermənilərlə yaxın münasibətdədirlər, hətta bəzən onlarla əlbirlik edirlər ölkəmizə qarşı. Onlar rastınıza çıxırmı? 

-Elələri var ki, xarici ölkələrdə satqınlıq edib, tərəf satırlar, cəmiyyət qururlar. Burda qaçqın kimi oturum almaq üçün tərəflərin satırlar. Onları öyrədirlər ki, siz burda müvafiq sənədləri almaq istəyirsinizsə gedin bunları deyin, belə edin, biz sizin arxanızdayıq sənəd alın. Onlar da başlayırlar söyüşlə verilən tapşırıqları yerinə yetirməyə, onlar ancaq öz mənfəətlərini güdürlər. Mən dəfələrlə onların üstünə gedib pulun almışam. İnsan mübarizə apara bilər. Haqsızlıqla kişi kimi mübarizə aparmaq lazımdır. Söyüşlə, təhqirlə mübarizə aparmaq olmaz. Normal insan düşünməlidir ki, bu söyüşə anam-bacım da baxır. Kimsə vətənini pula satırsa bu insanlara pis baxıram.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

-Sizin qəzaya düşmə xəbəriniz düzdürmü? Qəzaydı, yoxsa sizə qarşı qəsddirmi?

-Mən yaralanmışam da, qəzaya da düşmüşəm. Kiminsə məni qəzaya salması onun başı üçün deyil. Mənə nə olursa Allahın yazısı ilə olur. Elə insanlar var ki, mən tutulanda sevinirdilər. Elnur pula görə düzə əyri deməz. Çünki mənim qürurum var.

-Siz düşünürsünüz ki, əcəlinizlə öləcəksiniz?

-Əgər mən bu gün xalqım uğrunda ölürəmsə bunu özümə şərəf hesab edirəm. İstəmərəm ki, arxamca ailəm, dostlarım ağlasın. Namərd gülləsi mənə dəyməz. Mənim üçün birinci göydə Allah, sonra “Qurani Kərim”dir. Mən haqla gedirəm. Əgər Qarabağ müharibəsi başlayarsa mən Şuşalı kimi o torpaq uğrunda ölməyə hazıram.

-Qarabağ müharibəsi başlayan zaman sizə qadağa qoyulsa belə gələrdinizmi? 

-Əlbəttə gələrəm. Mən bu gün şəhidimin, torpağımın qədrini bilmirəmsə ailəmin, mənə inanların dəyərini necə biləcəm. Orda axan şəhid qanları bizim özümüzündür. Hər 26 fevralda çox üzülürəm. Elə vaxt olur ki, mənə təcili yardım gəlib. Əgər insan bayrağına, millətinə dəyər vermirsə o, şərəfdən, namusdan danışa bilməz. Çünki orda axan qanlar bizim uğrumuzda olub. Bu torpaqlara görə Azərbaycanın qeyrətli oğlanların qanı tökülüb.

Elnur bəy, sizə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürümü bildirirəm. Haqq-ədalət dünyasında sizə möhkəm olmadğı arzu edirəm.

Mən də sizə və kollektivinizə uğurlar arzu edirəm. Təşəkkür.

Söhbətləşdi: Rövşən Əsədov
Hazırladı: Aysel Yusifqızı

Əvvəlki yazı

Bakı metrosunda ölən tələbənin görüntüləri yayıldı: ÜRƏYİ ZƏİF OLANLAR İZLƏMƏSİN – VİDEO

Sonrakı yazı

SAXTA DƏRMAN SATAN APTEKLƏR KİMİNDİR? – DTX-nın “vurduğu” apteklərdən biri deputatındır!

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.