27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İnformasiya məkanları Ramiz Mehdiyevin kadrları ilə doldurulub” – Partiya rəhbəri

24 Avqust 2020, 15:24
Cəmiyyət
A A
“İnformasiya məkanları Ramiz Mehdiyevin kadrları ilə doldurulub” – Partiya rəhbəri

“Xarici ölkənin vətəndaşı olanlar heç bir halda Azərbaycanda informasiya şəbəkələrinə rəhbərlik edə bilməzlər, bu yolverilməzdir”.

Sfera.az-a açıqlamasında bu sözləri CBC kanalının rəhbəri Vüqar Xəlilov timsalında xarici ölkə vətəndaşının, özü də Ramiz Mehdiyevin qohumu olan birisinin Azərbaycanda informasiya siyasətinə rəhbərlik etməsinin nə dərəcədə doğru olduğuna aydınlıq gətirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

 

“Azərbaycanda “5-ci kolon”un fəaliyyət göstərdiyini və onun rəhbərinin kimlərdən ibarət olduğunu 2010-cu ildə ilk dəfə açan mən olmuşam. 2010-cu il aprelin 16-da “Xural” qəzetinə verdiyim müsahibədə qeyd etmişdim ki, “5-ci kolon” Azərbaycanda dövlət çevrilişi etmək və Ramiz Mehdiyev İlham Əliyevi devirmək istəyir. Bu gün bir sıra informasiya məkanları Ramiz Mehdiyevin kadrları ilə doldurulub. Eldar Həsonov da onun adamıdır”.

 

H. Hacıyevin dediyinə görə, Azərbaycanda hakimiyyətin devrilməsinə bir addım qalmışdı, onun qarşısını aldılar: “Gördük, kimlər ordan çıxdı, kimlər də çıxacaq. İlk dəfə məsələnin üstünü mən açdım, ondan sonra bu əməliyyatları keçirdilər.

 

Xarici ölkə vətəndaşının gəlib Azərbaycan televiziya kanalına rəhbərlik edərək dövlətimizin siyasətinə təsir etməsi, çirkli pulların yuyulmasında iştirak etməsi onu göstərir ki, xaricdə və daxildə arxalarında dayanan məkrli qüvvələr var. Haranı qurdalayırsan, Ramiz Mehdiyevin kadrları çıxır, Eldar Həsənovla dost olduqları üzə çıxır. Bunlar birgə işləyirlər. Eldar Mahmudov vəzifədə olan zaman xarici dövlətlərin birinin paytaxtında iclas keçirilərək dövlət çevrilişi məsələlərini müzakirə ediblər, burada Eldar Həsənovun, Ramiz Mehdiyevin hansı vəzifələri tutacaqları da müəyyənləşmişdi. Bunu 5 il bundan öncə demişdim”.

 

Partiya sədri Ramiz Mehdiyevin ona hədə-qorxu gəldiyini bildirdi:

 

“Bundan sonra Ramiz Mehdiyev məni çağıraraq, hədə qorxu gəldi. Buna baxmayaraq, müəyyən vasitələrlə vəziyyəti cənab Prezidentə çatdırdım. Nəticədə təhlükəsizliyimlə əlaqədar tədbirlər görüldü. Təcili olaraq bu adamlar həbs edilməlidir”.

 

Həmsöhbətimizin fikrincə, xarici ölkənin vətəndaşı olanlar heç bir halda Azərbaycanda informsiya şəbəkələrinə rəhbərlik edə bilməzlər, bu yolverilməzdir: “Britaniya vətəndaşı olan şəxs Azərbayanda heç bir kanala, heç bir informasiya şəbəkəsinə rəhbərlik edə bilməz. Bu yolverilməzdir.

 

CBC kanalının rəhbəri Vüqar Xəlilov Ramiz Mehdiyevlə qohumdur, onun kürəkənilə sıx əlaqələri var. Dubayda onların bir neçə milyardlıq var-dövlətləri var. Onun telekanala rəhbər gətirilməsinə, Prezidentə kimin tədim etməsinə baxmaq lazımdır, onda hər şey ortaya çıxacaq. Bu adam Ramiz Mehdiyevin sağ əlidir. Təcili həbs edilməlidir. Çox böyük təhlükə mənbəyidirlər.

 

Kərimov Əli də onların nümayəndəsidir. Qərbdə Sevinc Osmanqızını da elə-belə oturdurmayıblar ki, ona da maliyyə buradan gedir. Eldar Mahmudovun oğlu Britaniyadan Avropadan yayılan kanalları maliyyələşdirir”.

 

H. Hacıyev qeyd etdi ki, Azərbaycan mediasında elektron KİV-lərə rəhbərlik etməyə qadir çoxsaylı digər ləyaqətli kadrlarımız, dövlətə bağlı insanlarımız var: “Amma Ramiz Mehdiyevə milli qüruru olan insanlar lazım deyil. Onun həyat yoldaşının baldızının Quqasyan familyalı oğlunu gətirib Daxili İşlər Nazirliyində yüksək vəzifəyə qoyurlarsa, onlardan hər şey gözləmək olar. Bu gün təəssüf ki, İlham Əliyevin ətrafında cəmləşənlərin əksəriyyəti xəyanətkardır”.

 

“Qanunvericilikdə necə tənzimlənirsə, elə də olmalıdır”

Bu sözləri isə Milli Məclisin deputatı Asim Mollazadə söyləyib: “Bu barədə məlumatsız olduğumdan şərh edə bilmirəm. İnformasiya məkanında çox şeylər yazılır. Məlumatım olmadığı məsələləri isə ümumiyyətlə şərh etmirəm. Xarici ölkə vətəndaşının – Vüqar Xəlilovun Azərbaycanda CBC televiziya kanalına rəhbərlik etməsi məsələsinə gəldikdə, bu hal qanunvericilikdə necə tənzimlənirsə, elə də olmalıdır”.

 

Məsələ ilə bağlı Milli Teleradio Şurası (MTRŞ) və CBC kanalının fikirlərini öyrənmək cəhdimiz isə alınmadı. Belə ki, CBC kanalından zəngimizə ümumiyyətlə cavab verən tapılmadı. MTRŞ-da isə operator Südabə adlı rəhbər işçi ilə əlaqə qurmağımızı lazım bilsə də, ikincisi telefon zənginə cavab vermədi.

 

Əvvəlki yazı

“Aydın Mirzəzadə, Elman Nəsirov Mehdiyevin şah əsəridir” – Gülər Əhmədova

Sonrakı yazı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.