16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bir ildə 15 min boşanma – Azərbaycan üçün çox deyilmi…

10 İyun 2019, 20:25
Cəmiyyət
A A
Bir ildə 15 min boşanma – Azərbaycan üçün çox deyilmi…

“12 ay ərzində 15 min şəxsin boşanması artıq təhlükədən xəbər verir”

Son illər boşanmaların sayı öncəki illərlə müqayisədə artır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 62,5 min nikah qeydə alınıb. SİA xəbər verir ki, 2018-ci ildə 14,9 min ailə boşanıb.Qeyd edək ki, uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Maraqlıdır, insanlar son zamanlar niyə boşanmaya bu qədər meylli olublar? Buna zəmin yaradan əsas hansı səbəblərdir?

  • Könül Vaqifqızı: “Bu gün ailə quran gənclər bir-birini tam tanımadan nikah masasına otururlar, nəticədə isə…”

Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, boşanmaların sayı günü-gündən artır: “Bu gün ailə quran gənclər bir-birini tam tanımadan nikah masasına otururlar. Nəticədə isə boşanmaların sayı artır. Boşanmaların səbəbi çoxdur. Son zamanlar cütlüklər boşanmaya səbəb kimi iqtisadi çətinlik, böyüklərin müdaxiləsi və seksual zorakılığı göstərirlər. Seksual münasibətlər boşanmalara səbəb olan mühüm faktorlardan biridir. Məsələyə Azərbaycan reallığı ilə yanaşsaq, ər, ya arvadın məhz bu səbəbə görə boşandığını etiraf etməkdən imtina etdiyini görə bilərik. Boşanmaların səbəblərini araşdırmaq lazımdır. Ümumdünya statistikasına nəzər saldıqda boşanmaların 50 faizindən çoxuna səbəb olan amil kimi seksual münasibətlərin mühüm rol oynadığını deyə bilərik. Azərbaycanda boşanan tərəflər heç vaxt bunu etiraf etmirlər. Buna səbəb də sovet psixologiyasında seks deyə bir anlayış olmaması, heç kimin bu haqda danışmamasıdır. Azərbaycan ailəsində nə ər, nə də arvad həyat yoldaşından ayrılmasına səbəb kimi qarşı tərəfin onu yataqda yaxına buraxmadığını deyə bilir. Bu cür cütlüklərlə tez-tez söhbət aparıram. Nəticə etibarilə körpə dünyaya gəldikdən sonra tərəflər arasında seksual münasibətlərdə soyuma yaranır. Bu, Azərbaycan reallığıdır. Təxminən 50 faizdən çox cütlüklərdə bu analoji hal müşahidə edilir. Cütlüklərin şüuraltı düşüncələrində “artıq nəsli davam etdirən var” deyə fikrin formalaşması tərəflər arasında soyuma yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, maddi sıxıntı ailələrin dağılmasına səbəb olur: “Maddi sıxıntı hər zaman olub. 50-60-cı illərdə də bu olub. Lakin o vaxt maddi amillər mənəvi amillərin təsiri altında idi. Mənəvi amillər hər şeydən üstün tutulurdu. O zaman maddi sıxıntılar olsa da, ailədaxili ənənələrə görə ailə strukturu qorunur, bir o qədər də münaqişə baş vermirdi. Ailədaxili nizamı mənəvi amillər qoruyurdu. Lakin hazırkı dövrdə bu nizamı qoruyacaq mənəvi amillər üstün tutulmadığından, müxtəlif münaqişələr, söz-söhbətlər yaranır. Ailədaxili münaqişələr cəmiyyətdə maddi amillərin təsiri altında baş verir”.

K.Vaqifqızı bildirdi ki, psixoloji durum, qaynana-qaynata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə malikdir. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdır: “Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik. Amma son illər ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı, cinayət hadisələrinin də çəkisi artıb. Kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır. Qaynana-qaynata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Səbəb kimi aparıcı rol oynamır. Ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa, belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında münaqişə başlayır. Həm qızın, həm də oğlanın ailəsi ailəyə müdaxilə edir”.

Psixoloq onu da vurğuladı ki, aidiyyəti qurumlar boşanmaların qarşısının alınması ilə bağlı ciddi addım  atmasa, vəziyyət daha da təhlükəli həddə çatacaq. 12 ay ərzində 15 min şəxsin boşanması artıq təhlükədən xəbər verir. Vəziyyətin daha da kritikləşməməsi üçün aidiyyəti qurumlar bir araya gəlib müəyyən işlər görməlidirlər.

Əvvəlki yazı

Nazir jurnalistə qarşı yeni iddia qaldırdı –”Alkaş” sözünə görə

Sonrakı yazı

AKP ilə CHP şərtləri razılaşdırdı: İmamoğlu ilə Yıldırım canlı yayımda debata çıxacaq –Bu tarixdə

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.