06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BİR ÇOX MƏMURUN XİDMƏTİ MAŞINI ƏLİNDƏN ALINACAQ – Prezidentin fərmanı (Yenilənib)

18 Yanvar 2019, 12:44
Seçmə
A A
BİR ÇOX MƏMURUN XİDMƏTİ MAŞINI ƏLİNDƏN ALINACAQ –  Prezidentin fərmanı (Yenilənib)

“Son 10 il ərzində dövlət büdcəsindən xidməti maşınların alınmasına 700-800 milyon dollar vəsait xərclənib”

Dövlət Reklam Agentliyinin rəhbərliyinin aldığı 1,4 milyon manat dəyərindəki lüks “CİP”ləri də satışa çıxarıla bilər

Xəbər verildiyi kimi prezident İlham Əliyev idarəetmə strukturlarında genişmiqyaslı islahatlar başladıb. Bu islahatlar çərçivəsində bəzi dövlət strukturları ləğv edilir, yaxud digərlərinə birləşdirilir. Ləğv edilən bir neçə dövlət strukturunun əsasında yeni, vahid struktur yaradılır. Struktur islahatlarına dair növbəti fərman ötən gün imzalanıb.

Fərmanda yer alan mühüm bəndlərdən biri də bundan ibarətdir ki, prezident dövlət strukturlarında xidməti avtomobillə təchiz edilən məmurların siyahısına yenidən baxılmasını tapşırır.

Belə ki, fərmana əsasən prezident Nazirlər Kabinetinə 3 ay ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməyi tapşırır. (8.7.1)

Habelə sənəddə bildirilir ki, (8.7.2.) bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir. Və nəticəsi barədə prezidentə məlumat verilməlidir.

Fərmanın bu hissəsi ona görə mühümdür ki, Azərbaycanda xidməti avtomobillərlə bağlı vəziyyət doğrudan da əndazəni aşıb. Virtualaz.orq qeyd edib ki, bəzən məmur özü üçün bir yox, bir neçə xidməti avtomobil alır. Yaxud xidməti avtomobillərdən məmurların şəxsi işləri üçün istifadə edilməsi geniş yayılmış və adi hal almış praktikdadır. Habelə dövlət strukturlarının yüksək vəzifəli şəxsləri özlərinə dəyəri yüz minlərlə dollar olan lüks xidməti avtomobillər sifariş verirlər, hansı ki, əksər hallarda belə strukturların fəaliyyət effektivliyi aşağıdır və işçilərinin əmək haqları cüzidir.

Məsələn, ötən gün məlum olmuşdu ki, yeni yaradılan Dövlət Reklam Agentliyinin rəhbərliyinin ilk işi 1.4 milyon manat dəyərində bir neçə lüks “cip” və digər avtomobillər almaqdan ibarət olub. Agentlik ümumilikdə nəqliyyat vasitələrinin alınmasına 2,5 milyon xərcləyib. Büdcədən maliyyələşdirilən dövlət strukturlarının əksəriyyəti vaxtaşırı olaraq bu cür xidməti avtomobillər sifariş verirlər. İndi isə prezidentin fərmanına əsasən bir çox məmurlar xidməti limuzinləri və cipləri ilə vidalaşmalı olacaqlar.

rovsen1543998952“Son 10 il ərzində dövlət büdcəsindən xidməti maşınların alınmasına 700-800 milyon dollar vəsait xərclənib.” “AzPolitika.info”nun məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” səhifəsindən prezidentin fərmanı ilə bağlı paylaşdığıçərhdə bildirib.

Ekspert qeyd edib ki,   məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır: “Prezidentin dünənki fərmanından belə görünür ki, xidməti maşınların sayı azalacaq. İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım – söhbət 700-800 milyon dollardan gedirdi.

Yaxşı xəbərdi, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dolarlıq maşnda gəzib, 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdı.

Bizdə bununla bağlı qanun 14 il əvvəl – 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib. Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur”.

Elman
AzPolitika.info

Əvvəlki yazı

ETSN-nin mətbuat katibi:”Şükür ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb”

Sonrakı yazı

11 NAZİRLİK və KOMİTƏDƏ BÖYÜK İXTİSARLAR OLACAQ – Funksiyaları ASAN Xidmətə verildi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.