Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. “Report” məlumat verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.
Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri – 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi, digərlərinki isə normal qiymətləndirilir.
Qəzanı törədən sürücü saxlanılıb.